Vergilər Nazirliyi vergi ödəyicilərinə müraciət edib.
ONN media Report-a istinadla xəbər verir ki, müraciətdə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının köçürüləcəyi hesablarda dəyişiklik olmadığı bildirilib.
“Belə ki, 1 yanvar 2019-cu il tarixdən vergi ödəyicisi məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üçün vəsaitləri qeydiyyatda olduğu Dövlət Sosial Müdafiə Fondunun yerli orqanı üzrə Dövlət Xəzinədarlığı orqanlarında mövcud məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ayırmaları üzrə hesablara köçürülməlidir. Hesablar üzrə məlumatlar taxes.gov.az rəsmi internet səhifəsində yerləşdirilib”, - deyə müraciətdə vurğulanıb.
Müraciətdə o da qeyd olunub ki, vergi ödəyicisi tərəfindən səhvən məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları vergi və digər büdcə ödənişləri üzrə hesablara köçürüldüyü halda həmin vəsaitlərin əvəzləşdirilməsi qanunvericilikdə nəzərdə tutulmayıb.
Vergilər Nazirliyi bir daha bəyan edib ki, 01.01.2019-cu il tarixdən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilən məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta üzrə hesabatlar vergi orqanlarına təqdim edilməlidir: “Bildiririk ki, qeyd olunan hesabatları sərbəst surətdə təqdim etmək imkanına malik olmayan şəxslər Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi 56 ünvanında yerləşən Xidçət Mərkəzinə müvafiq köməklik göstərilməsi üçün müraciət edə bilərlər”.



Nazirlikdən vergi ödəyicilərinə - Xəbərdarlıq
Bərbər və taksi sürücülərinə ŞAD XƏBƏR
Taksi xidmətləri ucuzlaşa bilər: vergi azaldılır
Koronavirusa görə maaş almayanlara şad xəbər
Azərbaycanda yeni qurum yaradıldı
Nazirlik işəgötürənlərə XƏBƏRDARLIQ ETDİ
İşsizlikdən sığorta fondunun büdcə layihəsi müzakirəyə çıxarılır
Bu şəxslərin maaşından pul tutulacaq
İsşizlər üçün MÜHÜM XƏBƏR
Yeni qanunlarla sosial sığorta şəhadətnaməsi ləğv olunur
Nazirlikdən vergi ödəyicilərinə MÜRACİƏT
İşsizlikdən Sığorta Fondunun gələn il üçün büdcəsi artırılır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 