Ombudsamanın dünənki hesabatında uşaq bağçalarının Təhsil Nazirliyinin tabeliyinə verilməsi məsələsinə baxılması problemin tezliklə həll olunmasına ümidləri artırır.
ONN media xəbər verir ki, bu sözləri millət vəkili Etibar Əliyev dünən Milli Məclisdə çıxış edən Ombudsmanın 2019-cu il üzrə məruzəsi ilə bağlı danışarkən deyib. E.Əliyev bildirib ki, məruzədə məktəbəqədər təhsil müəssisələrinin (uşaq bağçalarının) fəaliyyətindəki qüsurlar da yer alıb:
“Biz, təhsil ekspertləri kimi uşaq bağçalarının Təhsil Nazirliyinin tabeliyinə verilməsi barədə dəfələrlə məsələ qaldırmışıq. Həmin sənədin “Təhsil hüququ” bölməsində qeyd edilənləri sizin də diqqətinizə çatdırmaq istəyirəm. Sənəddə qeyd edilib: “Müvafiq sahədə mövcud olan problemlərin əks edildiyi müraciətlər üzrə aparılmış araşdırmalar, həmçinin müşahidələr göstərib ki, həm uşaq bağçalarında mövcud yerlərin sayı müvafiq ərazidə yaşayan məktəbəqədər yaşlı uşaqların sayına uyğun deyil, həm də uşaqların bu müəssisələrə qəbulu zamanı ciddi qanun pozuntularına və neqativ hallara yol verilməkdədir. Xüsusi olaraq qeyd edilməlidir ki, övladının aidiyyəti üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul edilməsi ilə bağlı müraciət edən valideynlərə demək olar ki, hər bir halda imtina edilib. Ümumiyyətlə, ötən dövrlərdən etibarən məktəbəqədər təhsilə olan ehtiyacın yerli icra hakimiyyətləri tərəfindən düzgün qiymətləndirilməməsi, təmirə və yenidənqurmaya ehtiyacı olan mövcud bağçaların müasir tələblərə uyğunlaşdırılması üzrə tədbirlərin həyata keçirilməməsi narahatlıq doğurur”.
Ümid edirik bu problem həll ediləcək və uşaq bağçaları nazirliyin tabeliyinə veriləcək”.
Təhsil eksperti Nadir İsrafilov da hesab edir ki, təhsildə varislik və fasiləsizlik prinsiplərinin təmin edilməsi baxımından uşaq bağçalarının Təhsil Nazirliyinə qaytarılmasının yenidən gündəmə gətirilməsi təşəbbüsü hər cür təqdirə və alqışa layiqdir:
“Bu, təhsilin bir sistem kimi vahid mərkəzdən idarə olunması, çeviklik və mobilliyin təmin edilməsi, cavabdehliyin və məsuliyyətin artırılması baxımından da məqbul hesab oluna bilər”



Nazirlikdən uşaq bağçaları ilə bağlı AÇIQLAMA
Prezidentdən dövlət bağçaları ilə bağlı - SƏRƏNCAM
Uşaq bağçalarının fəaliyyəti ilə bağlı TƏKLİF: yalnız "sarı" zonalarda...
Prezidentlə xanımı Şamaxıda 7 saylı körpələr evi-uşaq bağçasının açılışında
İlham Əliyev fərman imzaladı
Bağçalar açılır? - Bakı Şəhər İcra Hakimiyyəti aydınlıq gətirdi
Uşağı bağçaya gedən VALİDEYNLƏRİN NƏZƏRİNƏ!
Uşaq bağçalarına qəbulla bağlı YENİLİK
Məktəbəqədər təhsillə bağlı yenilik olacaq
Bağçalarla bağlı dəyişiklik
Bu uşaq bağçalarında ciddi nöqsanlar aşkarlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 