Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Təhsil haqqında” qanuna dəyişikliklər müzakirə olunub.
ONN media xəbər verir ki, komitə rəhbəri İsa Həbibbəylinin sədrliyi ilə keçirilən iclasda müzakirə olunan layihədə uşaqların məktəbəqədər təhsil müəssisələrinə 3 yaşından verilməsi ilə bağlı müddəanın dəyişdirilməsi, bunun əvəzinə uşaqların 1 yaşından məktəbəqədər təhsil müəssisələrinə cəlb edilməsi ilə bağlı dəyişikliyin edilməsi təklif edilir.
İ. Həbibbəyli bildirib ki, “Təhsil haqqında” qanununun mövcud variantına əsasən məktəbəqədər təhsil 3 yaşından başlayır: “Amma uşağı 3 yaşından məktəbəqədər müəssisəyə cəlb etmək bir qədər gecdir. Əhalinin real tələbatını ödəməyə başlamaq məqsədilə “Məktəbəqədər qədər təhsil haqqında” qanunda məktəbəqədər təhsilin 1 yaşından başlanılmasına qərara alınıb. Dünyada hətta 2-3 aylıq uşaqların bağçalara verilməsi faktı var. Amma Azərbaycanda reallıq budur ki, uşaq 1 il ana tərbiyəsi almalıdır. Biz “Təhsil haqqında” qanunda da uşaqların 1 yaşından bağçaya verilməsi ilə bağlı dəyişikliklərin edilməsini təklif edirik”.
İclasda “Məktəbəqədər təhsil haqqında” qanuna uyğunlaşdırmaq məqsədilə “Təhsil haqqında” qanuna, Əmək Məcəlləsinə, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Dövlət qulluğu haqqında”, “Yanğın təhlükəsizliyi haqqında” qanunlarına dəyişikliklərin edilməsi təklif edilir.
Layihə plenar iclasa tövsiyə olunub.



Bağçalara növbəyə yazılma DAYANDIRILIR
Nazir məktəbəqədər təhsil proqramını təsdiqlədi
Prezidentdən dövlət bağçaları ilə bağlı - SƏRƏNCAM
Valideynlərin NƏZƏRİNƏ- Proses başladı
Bu uşaqlara İMTİYAZLAR verilə bilər
Azərbaycanda uşaq bağçaları ilə bağlı xəbər var
Bağçalarla bağlı VACİB AÇIQLAMA
Uşaq bağçalarına qəbulla bağlı YENİLİK
Milli Məclisin komitə iclası keçiriləcək
Bağçalara uşaqların elektron qəbulu başlayır — Azərbaycanda İLK DƏFƏ
Bu ailələrin uşaqları bağçaya ilk qəbul olunacaqlar - SİYAHI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 