Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 269, 317.1, 319,1 və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddələri ilə bağlı qərarı ilə bağlı açıqlama verib.
ASA-dan ONN media-ya verilən açıqlamada bildirilir ki, Konstitusiya Məhkəməsinin müvafiq qərarında Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına müvəkkil banklar tərəfindən verilən ipoteka kreditlərinə münasibətdə hər hansı bir rəy verilməmişdir.
Bu qərarda kredit təşkilatlarının öz vəsaitləri hesabına borcalanlara verdikləri kreditlərdə öhdəliklərin təminatı üsulu kimi götürdükləri girov (ipoteka) əmlaklar olarsa, bu girov əmlakının mülkiyyətçisi borcalan deyil, başqa biridirsə və bu kredit müqaviləsi üzrə borcalan vəfat etdikdə banka olan borcun necə ödənilməsini tənzimləyən şərh verilmişdir.
Göründüyü kimi, bu qərarın Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına müvəkkil banklar tərəfindən verilən ipoteka kreditlərinə aidiyyatı yoxdur. Belə ki, bu kreditlər Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun tələblərinə əsasən, borcalanın götürdüyü ipoteka krediti məbləğində onun həyatı ölkəmizdə fəaliyyət göstərən həyat sığortası şirkətləri tərəfindən sığortalanır və istənilən səbəbdən borcalanın vəfat etməsi zamanı onun banka olan borcu tam məbləğdə həmin həyat sığortası şirkətləri tərəfindən sığorta ödənişi şəklində qarşılanır.
Bir daha bildiririk ki, bu qərar borcalan ilə ipoteka qoyanın fərqli olduğu hallara aiddir. Bu da Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına müvəkkil banklar tərəfindən verilən ipoteka kreditləri deyil, bilavasitə banklar tərəfindən verilən kreditlərdə təminat (girov) olaraq ipotekanın götürülməsi ilə bağlıdır.
Odur ki, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına müvəkkil banklar tərəfindən verilən ipoteka krediti götürmüsünüzsə, borcalanın vəfat etməsi hallarında həyat sığorta müqaviləsinə uyğun olaraq sığorta şirkəti banka olan borcu tam məbləğdə ödəyəcəkdir//metbuat.az



İpoteka ilə ev almaq istəyənlərə şad xəbər
Verilən ipoteka kreditlərinin məbləği acıqlandı
Evi olmayanlara ŞAD XƏBƏR - İlham Əliyev fərman imzaladı
İpoteka ilə bağlı QƏRAR VERİLDİ
İpoteka şərtləri sadələşdirilib?- Rəsmi
Ev almaq istəyənlərin NƏZƏRİNƏ
Sığortalı kreditləri varislər ödəməlidir? – Millət vəkili
İlham Əliyev FƏRMAN İMZALADI
Kimlərə ipoteka kreditlərində güzəşt olacaq?
Hərbiçilərə şad xəbər-Kredit borclarınız...
Milli Məclis ipoteka müzakirəsi keçirdi
İpoteka ilə bağlı mühüm qərar verildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 