Mülkiyyətində yaşayış sahəsi olan fiziki şəxslər tərəfindən alınan ipoteka krediti şərtlərinin sərtləşdirilməsi ilə bağlı mətbuatda yayılan məlumatlar yanlışdır.
ONN media xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) ipoteka kreditlərinin tənzimlənməsi ilə bağlı mətbuatda gedən məlumatlara dair açıqlamasında bildirilib.
Qeyd edilib ki, son günlərdə kütləvi informasiya vasitələrində (KİV) Mərkəzi Bank tərəfindən mülkiyyətində yaşayış sahəsi olan fiziki şəxslər tərəfindən alınan ipoteka krediti şərtlərinin sərtləşdirilməsi ilə bağlı yanlış məlumatlar yer almaqdadır.
"Bununla əlaqədar olaraq bildiririk ki, Mərkəzi Bankın 22 iyul 2022-ci il tarixli 29/1-2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda”da daşınmaz əmlak krediti üzrə ilkin ödənişə dair tələblər sərtləşdirilməmiş, əksinə yumşaldılıb.
Yeni qaydanın qəbulundan sonra daşınmaz əmlak krediti mülkiyyətində yaşayış sahəsi olmayan fiziki şəxs tərəfindən alındıqda və həmin yaşayış sahəsinin ipotekası ilə təmin edildikdə kreditin təminata nisbəti əmsalına dair tələb yumşaldılaraq 70 %-dən 85 %-ə qaldırılıb (yəni, ilkin ödəniş minimum 30 %-dən 15 %-ə salınıb). Digər daşınmaz əmlak kreditləri üzrə kreditin təminata nisbəti əmsalına dair tələb isə 2018-ci ilin 16 noyabr tarixindən etibarən tətbiq edildiyi kimi maksimum 70% həddində saxlanılıb. Bununla yanaşı qeyd edək ki, Mərkəzi Bankın sözügedən tələbləri yalnız bankların daxili daşınmaz əmlak kreditlərinə şamil edilir", - məlumatda deyilir
Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditlərinə dair tələblər Azərbaycan Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası” ilə tənzimlənir.



Ev almaq istəyənlərin NƏZƏRİNƏ
Kapital Bank daxili ipoteka kreditinin faizini endirdi!
Verilən ipoteka kreditlərinin məbləği acıqlandı
Kreditlərlə bağlı ŞAD XƏBƏR
Konstitusiya Məhkəməsinin qərarı ilə bağlı açıqlama
"Unibank"ın verdiyi ipoteka kreditlərinin həcmi 45% artıb
İpoteka krediti üzrə orta aylıq ödəniş nə qədərdir?
Kirayə qalanların DİQQƏTİNƏ
Bank Respublika ipoteka kreditlərini sərfəli şərtlərlə təklif edir
Ev almaq istəyənlərə ŞAD XƏBƏR
İpoteka krediti ilə bağlı vacib qərar- NAZİRLƏR KABİNETİ DƏYİŞİKLİK ETDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 