ONN İnformasiya Agentliyi

Bərbərxana və salonlar nə vaxt açılacaq? - AÇIQLAMA

Bərbərxana və salonlar nə vaxt açılacaq? - AÇIQLAMA
27-04-2020, 11:40


ONN media xəbər verir ki, bunu respublikanın baş infeksionisti Cəlal İsayev karantin rejiminin yumşalması ilə bağlı fikirlərini bölüşərkən deyib. C.İsayev qeyd edib ki, bərbərxana və qadın salonların açılması növbəti etapda müşahidə edilə bilər: “Bərbərxana və salonlarda insanların yaxın təması olur. Bu təhlükə səbəbindən həmin obyektlər açılmadı. Buna Operativ Qərargahdakı mütəxəssislər qərar verir. Təhlükə var ki, açmayıblar, olmasaydı, açardılar”. Qeyd edək ki, Nazirlər Kabineti yanında Operatv Qərargahın qərarı ilə bu gündən Azərbaycan ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar məhdudiyyətlərin bir qismi yumşaldılıb. Bir sıra iş yerləri və xidmət sahələrinin fəaliyyətinə icazə verilib.
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png