Nazirlər Kabinetinin qərarına əsasən aprelin 27-dən etibarən xüsusi karantin rejiminin məhdudiyyətlərinin bir qismi yumşaldılıb. Nəticədə bir çox sahə öz fəaliyyətlərini bərpa ediblər. Belə olan halda virusun yayılma ehtimalı da artır. ONN media xəbər verir ki, virusun yayılma ehtimalının qarşısını almaq üçün diqqət edilməli məqamlar haqqında Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, respublikanın baş infeksionisti Cəlal İsayev açıqlama verib. O bildirib ki, məhdudiyyətlərin bir qisminin yumşaldılması bəzi vətəndaşlara öz fəaliyyətini bərpa etməyə imkan verib. Lakin bu, o demək deyil ki, insanlar tam sərbəst şəkildə hərəkət edə bilərlər. Bu dövrdə belə verilən tövsiyələrə dəqiqliklə əməl etmək vacibdir. Əks halda infeksiyanın təkrarən baş qaldırması mümkündür. Əgər vətəndaşlar bu dövrün qalmasını istəyirlərsə, təklif olunan bütün tövsiyələrə riayət etmələri şərtdir. "Bu virus hava-damcı infeksiyasıdır. Hava-damcı yolu ilə yayılması epidemioloji cəhətdən çox təhlükəlidir. Digər yollarla, yəni əllə təmas vasitəsilə, qida vasitəsilə də yayıla bilər. Lakin əsas hava-damcı yolu ilə yayılır. Ona görə də insanların təcrid olunması, kütləvi toplanma yerlərinə getməməsi, maskadan istifadə etməsi zəruridir. Xüsusən təcrid olunmağa diqqət yetirilməlidir. Hər kəs başqa insanlarla təmasdan çəkinməlidir. Əks halda xəstəliyin yayılma ehtimalı var və təkrar baş qaldırması müşahidə oluna bilər. Əgər yumşaldılma tədbirlərinin qalmasını, virusun yayılmasının qarşısını almaq istəyiriksə, tövsiyələrə əməl etmək vacibdir. Vətəndaşlara müraciət edib bildirmək istəyirəm ki, karantin tədbirlərinin tez yumşaldılması, tez aradan qaldırılmasını istəyirlərsə, Operativ Qərargahın tövsiyələrinə ciddi riayət etsinlər. Özümüzü və yaxınlarımızı qorumaq üçün buna məcburuq".
Virusun yayılma ehtimalı artır - İsayevdən xəbərdarlıq



TƏBİB: Bəzi qadağalar ləğv oluna bilər - Video
Baş infeksionistdən XƏBƏRDARLIQ: İnsanlar virusun daha çox yayılmaması üçün...
Buna görə cərimə tətbiq edilməlidir- Baş infeksionist
Azərbaycanda xüsusi karantin rejimi nə vaxt bitəcək? – Baş infeksionist
“İnsanlar elə bilirlər ki, virus yoxa çıxıb” - Baş infeksionist
Azərbaycanda daha 3 nəfərdə koronavirus aşkarlandı
İnsanların çölə çıxmasına 5 günlük qadağa qoyulur? - Baş infeksionistdən AÇIQLAMA
Pula toxunmaqla koronavirusa yoluxa bilərik? - RƏSMİ
Qorxunc virus nə zaman bitəcək? - Tibbi meteoroloq AÇIQLADI
Korona üçün isti havaya ümid etməyin – Həkim
Bərbərxana və salonlar nə vaxt açılacaq? - AÇIQLAMA
Azərbaycanda 4 yeni koronavirusa yoluxma qeydə alındı
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik 