Əgər koronavirus infeksiyasına yoluxanların sayının azalma tendensiyası belə davam edərsə, karantin rejimi ilə bağlı yumşaldılmalar daha da genişləndirilə bilər. Mayın ortalarından etibarən cəmiyyət normal məcrasına dönə bilər. Bunu respublikanın baş infeksionisti Cəlal İsayev deyib. Onun sözlərinə görə, proses belə davam edərsə və azalma olarsa, mayın 4-dən etibarən bir az da yumşaldılma ola bilər: “Mayın ikinci yarısında isə karantin rejimindən tamamilə çıxa bilərik”. İkinci dalğanın olamasına gəldikdə isə C.İsayev bildirib ki, bu proses daha çox insanlarımızdan asılıdır. “Krantin rejiminin yumşaldılması prosesi gedir. Amma bu demək deyil ki, qaydalara, tövsiyələrə əməl etməyim, buna yol vermək olmaz. Tövsiyə və qaydalara ciddi əməl olunmalıdır. Bacardığımız qədər özümüzü qorumalıyıq. Nəinki özümüzü, başqalarını da… İndi necə hərəkət ediriksə, onda da elə hərəkət etməliyik. İnsanların çox olduğu yerlərə getməkdən, təmaslardan maksimum çəkinməliyik. Bu zaman qaydalara ciddi əməl olunmalıdır. Mayın 11-dək virus gəzdirən xəstələrimizin müddəti artıq qurtarır. Mayin ikinci ongünlüyündən etibarən təhlükə azalmağa başlayacaq. Virus epidemiyasının sönmə prosesi başlayır. Amma bununla belə cəmiyyətdə virus saxlana bilər və ona görə də biz ehtiyat tədbirlərimizi əldən verməməliyik”. Qonşu və digər dövlətlərlə sərhədlərin açılması məsələsinə gəldikdə baş infeksionist bildirib ki, bu məsələdə bir az ehtiyatlı olmalıyıq: “Sərhəd açılacaq ölkələrdəki vəziyyət öyrənilməlidir”.



"Gələn həftə rayonlara gediş-gəliş və beynəlxalq uçuşlar bərpa oluna bilər" — AÇIQLAMA
Virusun yayılma ehtimalı artır - İsayevdən xəbərdarlıq
Baş infeksionistdən koronavirusla bağlı — SEVİNDİRİCİ XƏBƏR
“İnsanlar elə bilirlər ki, virus yoxa çıxıb” - Baş infeksionist
TƏBİB-dən karantin rejiminin yumşaldılması ilə bağlı AÇIQLAMA
İnsanların çölə çıxmasına 5 günlük qadağa qoyulur? - Baş infeksionistdən AÇIQLAMA
Avqustun 5-dən SMS-icazə ləğv ediləcək - Toylar isə...
“İyulun 5-dən sonra sərt karantin rejimi tətbiq etməyə ehtiyac olmayacaq amma...” - Baş infeksionist
Karantinlə bağlı ƏHALİYƏ XƏBƏRDARLIQ
Vətəndaşlar bunu edərsə, 2 həftə sonra karantin LƏĞV EDİLƏ BİLƏR – RƏSMİ
Mayın 11-dən sonra daha böyük yumşalma gözlənilir?
Azərbaycanda xüsusi karantin rejimi nə vaxt bitəcək? – Baş infeksionist
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 