Mayın 1-də Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə onlayn müsahibələrə qeydiyyat yekunlaşır.
Təhsil Nazirliyindən ONN media -ya verilən məlumata görə, aprelin 29-dan qeyd olunan kontingentin şəxsi səhifələrinə müsahibədə iştiraklarını təsdiqləmələri barədə məlumat yerləşdirilib. Bakı şəhəri üzrə son qeydiyyat tarixi bu gün saat 24:00-dur. Artıq Bakı şəhəri üzrə namizədlərin 90 faizi onlayn müsahibələrdə iştirakını təsdiqləyib. Mayın 2-də namizədlərin şəxsi səhifəsinə müsahibənin keçirilmə tarixi barədə məlumat göndəriləcək. Mayın 4-dən isə onlayn müsahibələrə start veriləcək. İlkin olaraq keçiriləcək müsahibələrdə Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi ilə çalışan müəllimlər iştirak edəcək. Bu müddət ərzində nazirliyin "Qaynar xətt"nə daxil olmuş çoxsaylı müraciətləri nəzərə alaraq, bu gün axşam saatlarından etibarən digər şəhər və rayonlar üzrə müddətli əmək müqaviləsi ilə çalışan müəllimlərin şəxsi səhifələrinə də onlayn müsahibələrdə iştiraklarına şərait yaradılması məqsədilə məlumat göndəriləcək. Namizədlər şəxsi səhifələrinə daxil olaraq təlimatla tanış olmalı, əlavə edilmiş hissəyə elektron ünvan daxil etməli və 7 may saat 24:00-dək müsahibədə iştiraklarını təsdiq etməlidirlər.Müəllimlərlə onlayn müsahibələr keçiriləcək



Müəllimlərin NƏZƏRİNƏ: mayın 4-dən etibarən...
Bu müəllimlərin NƏZƏRİNƏ: Yenidən...
Təhsil Nazirliyindən müəlimlərin fəaliyyəti ilə bağlı MÜHÜM QƏRAR
İmtahandan keçə bilməyən namizədlərə ŞAD XƏBƏR
Bu müəllimlərin əmək müqaviləsinə xitam veriləcək - RƏSMİ
Müəllimlərin işə qəbulu ilə bağlı apellyasiya müsahibələri keçirilir
İşə qəbul olmaq istəyən müəllimlərin DİQQƏTİNƏ!
Müəllimlərin NƏZƏRİNƏ
981 müəllim müddətsiz əsaslarla işə qəbul olunub
SON DƏQİQƏ: Nəticələr açıqlandı
Müəllimlərin nəzərinə- Təhsil Nazirliyindən xəbər var
Müəllimlərin işə qəbul imtahanlarının nəticəsi açıqlanıb
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 