Mayın 4-dən etibarən respublikanın ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə onlayn müsahibələr keçiriləcək. Təhsil Nazirliyindən ONN media -ya verilən məlumata görə, onlayn müsahibələrdə iştirak etmək üçün aprelin 29-dan namizədlərin şəxsi səhifələrinə məlumat yerləşdiriləcək. Namizədlər təlimatla tanış olaraq 1 may saat 24:00-dək müsahibədə iştiraklarını təsdiq etməlidirlər. Müsahibədə iştirakı təsdiq etmək üçün şəxsi səhifəyə əlavə edilmiş hissəyə elektron ünvan daxil edilməlidir. Məhz həmin elektron ünvana göndərilmiş keçid linki vasitəsilə namizəd videozəngə qoşulacaq. Bundan sonra hər bir namizədin şəxsi səhifəsinə müsahibənin keçirilmə tarixi barədə məlumat göndəriləcək. Müsahibələrdə ilkin olaraq Bakı şəhərinin ümumi təhsil müəssisələrində müddətli müqavilə əsasında çalışan müəllimlər iştirak edəcək. Digər rayon və şəhərlərdə müddətli əmək müqaviləsi əsasında çalışan müəllimlərin də onlayn müsahibələrdə iştirakına şərait yaradılacaq.
Müəllimlərin NƏZƏRİNƏ: mayın 4-dən etibarən...



Müəllimlərlə onlayn müsahibələr keçiriləcək
Bu müəllimlərin NƏZƏRİNƏ: Yenidən...
Təhsil Nazirliyindən müəlimlərin fəaliyyəti ilə bağlı MÜHÜM QƏRAR
İmtahandan keçə bilməyən namizədlərə ŞAD XƏBƏR
Bu müəllimlərin əmək müqaviləsinə xitam veriləcək - RƏSMİ
İşə qəbul olmaq istəyən müəllimlərin DİQQƏTİNƏ!
Müəllimlərin işə qəbul imtahanlarının nəticəsi açıqlanıb
Müəllimlərin nəzərinə- Təhsil Nazirliyindən xəbər var
981 müəllim müddətsiz əsaslarla işə qəbul olunub
MİQ üzrə müsahibə mərhələsinin nəticələri bəlli oldu
Müəllimlərin NƏZƏRİNƏ
DİQQƏT- Müəllimlərin vakansiya seçimi başladı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 