“Təhsil sahəsi ən geniş, əhatəli olduğuna görə, yəqin ki, karantin dövründə ilk açılan müəssisələrdən olmayacaq”. ONN media xəbər verir ki, bu sözləri Təhsil Nazirinin müavini Məhəbbət Vəliyeva Yeni TV-yə açıqlamasında deyib. Bildirib ki, pandemiya sadəcə Azərbaycanın yox, dünya təhsil sisteminə öz mənfi təsirini göstərib: “1 milyon 600 min şagird, 100 minə yaxın tələbə, təhsil işçiləri tədrisdən kənarda qaldı. Hər bir ölkə vətəndaşı bu təhlükəni yaxşı başa düşür. Biz uşaqlarımızın sağlamlığını düşünməliyik. Təhsil müəssisələrinin nə vaxt açılacağı ilə bağlı sual hamını düşündürür. Dərs ili ay yarımdan sonra yekunlaşmaq üzrədir. Sadəcə olaraq bunu qeyd edə bilərəm ki, indiki dövrdə yəqin ki, təhsil müəssisələrinin açılması haqqında danışmaq tezdir. Dərs ilinin sonuna qədər məktəblərin açılması real görünmür. Biz başa düşürük ki, sosial məsafənin qorunması məktəbdə çox çətin olacaq. Uşaqların sağlamlığını qorumaq üçün bu, real görünmür”. O qeyd edib ki, əgər tədris proqramları bu və ya digər formada şagirdlərə çatdırılırsa, burada dərs ilinin uzadılmasına heç bir zərurət qalmır: "Yəqin ki, dərs ili öz vaxtında yekunlaşacaq".
“Məktəblərin açılması real görünmür” - Nazir müavini



Təhsil müəssisələrinin açılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Nazir: Ən az riskli təhsil növü haqqında fikirləşmək lazımdır
Dərs ili vaxtından əvvəl başlaya bilər - Rəsmi
Təhsil nazirinin müavini işdən niyə çıxarılıb? - SƏBƏB AÇIQLANDI
Türkiyədə məktəblər açılır?
Uşağı bağçaya gedən VALİDEYNLƏRİN NƏZƏRİNƏ!
Yeni il bayramında məktəblərdə neçə gün tətil olacaq?
Təhsil nazirinin müavini: "Bu intiharların bir neçə səbəbi var"
Ali təhsil müəssisələrində tədris ili uzadılacaq?
Peyvənd olmayan müəllimlər cəzalandırılacaq?
Məktəblərin 15 günlük açılması ilə bağlı VACİB AÇIQLAMA
Məktəblilərin yay tətili ləğv olunacaqmı? - Rəsmi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 