Regionlarda dayanıqlı rabitə və yüksəksürətli internet üçün işlər davam edir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti regionları əhatə edən xidməti ərazilərində son nəsil simsiz rabitə texnologiyasının qurulması və nəticədə əhalini dayanıqlı rabitə, yüksəksürətli internet və digər multimedia xidmətləri ilə təmin edilməsi istiqamətində davamlı işlər həyata keçirir.
Xidməti ərazilərdə, regionlarda İKT infrastrukturunun müasir tələblər səviyyəsində təmin edilməsi istiqamətində bütün mövcud resurslardan istifadə olunur. Həyata keçirilən infrastruktur layihələri nəticəsində göstərilən xidmətlərin keyfiyyəti və çeşidləri artırılır, müştəri məmnuniyyəti təmin olunur.
Əhatə dairəsinin genişləndirilməsi və keyfiyyətin artırılması məqsədilə regionlarda olan xətt şəbəkə infrastrukturu layihəsi hazırlanıb. İlkin mərhələdə 4 regionda ən son texnologiyalardan olan GPON texnologiyasının tətbiqi ilə Gəncə, Sumqayıt, Abşeron və Masallıda infrastruktur yenidən qurulur. İşlər bitdikdən sonra növbəti fazada digər regionlarda da bu texnologiyaların qurulmasına başlanacaq.
Eyni zamanda telefonlaşmayan və çətin relyefli xidməti ərazilərdə internet xidmətinə olan tələbatı ödəmək üçün pilot layihə olaraq, 2018-ci ildə Xaçmaz rayonunun Hülövlü və Qaraçı kəndlərində simsiz şəbəkə LTE qurulub, sakinlərin evlərində qəbuledici avadanlıq quraşdırılıb. Artıq LTE (Long Term Evolution) şəbəkəsi Abşeron rayonu üzrə Xırdalan şəhərində, Digah, Fatmayı, Məhəmmədli, Masazır, Mehdiabad, Novxanı bağları, Qobu, Saray qəsəbələrində, Sumqayıt şəhərinin 11-ci mikrorayon, Corat, Qurd dərəsi, H.Z.Tağıyev qəsəbələrində mövcuddur.
Qeyd edək ki, LTE texnologiyası məlumatların yüksək sürətlə ötürülməsi və məhdud infrastrukturlu ərazilərin çevik şəkildə telekommunikasiya xidmətləri ilə təmin edilməsi kimi üstünlüklərə malikdir.



Bu yerlərdə telekommunikasiya şəbəkəsi yenidən qurulur
İnternetin sürəti ilə bağlı VACİB AÇIQLAMA
"Nar" ölkəni fasiləsiz internetlə təmin edir
Abunəçilərə XOŞ XƏBƏR!
Nazirlik gücləndirilmiş iş rejiminə keçir
Bu tarixədək bütün ölkə ərazisi internetlə təmin olunacaq
"Azercell"dən yeni Wi-Fi kampaniyası!
Ağoğlanda agentlik fəaliyyətə başladı
İnternet xidmətinə görə ödəniş vaxtı dəyişdi
İki günlük qadağa ilə bağlı telefon və internetdə problem olacaq? - AÇIQLAMA
ŞAD XƏBƏR- Pulsuz internetlə təmin oluna bilərsiniz
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 