“Nar” karantin müddətində abunəçilərinin artan telekommunikasiya tələblərinə cavab vermək üçün şəbəkə dayanıqlılığını tam şəkildə təmin edir. ONN media xəbər verir ki, mobil operator həm paytaxt, həm də region sakinlərinin mobil rabitə tələblərini tam ödəmək, eyni zamanda onları yüksəksürətli, kəsintisiz internetlə təmin etmək məqsədilə bütün baza stansiyaları üzrə şəbəkə tutumunu əhəmiyyətli dərəcədə genişləndirib. Mobil rabitə şəbəkəsinin stabilliyini təmin etmək və şəbəkə istifadəçilərinə dəstək olmaq məqsədilə, 24/7 rejimində şəbəkə üzrə təhlillər və optimizasiya işləri həyata keçirilir, texniki heyət isə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Bildirilir ki, abunəçilər "Nar"ın sərfəli şərtlərlə təqdim etdiyi müxtəlif internet paketləri ilə indi daha çox ünsiyyətdə olurlar. Belə ki, əvvəlki dövrlə müqayisədə karantin müddətində "Nar" şəbəkəsində internetdən istifadənin həcmi 20% artıb. Hazırda “Nar”ın 4G və 4/4.5G texnologiyalı baza stansiyaları ölkənin 54 regionunda əhalini yüksəksürətli internet və zəng xidmətləri ilə təmin edir. Operator ötən il ərzində 4G/4.5G baza stansiyalarının coğrafi əhatə dairəsini 245%, ölkə əhalisi üzrə əhatə dairəsini isə 80% artırmağa nail olub.
"Nar" ölkəni fasiləsiz internetlə təmin edir



Nazirlik gücləndirilmiş iş rejiminə keçir
Abunəçilərə XOŞ XƏBƏR!
İnternetlə bağlı əhaliyə şad xəbər
“Nar” yeni baza stansiyasını istifadəyə verdi
"Azercell" Cocuq Mərcanlıda yaşayan abunəçilərini sevindirdi
ŞAD XƏBƏR- Pulsuz internetlə təmin oluna bilərsiniz
İki günlük qadağa ilə bağlı telefon və internetdə problem olacaq? - AÇIQLAMA
Bu tarixədək bütün ölkə ərazisi internetlə təmin olunacaq
Bu yerlərdə telekommunikasiya şəbəkəsi yenidən qurulur
“Bakcell” nömrəsi almaq üçün ən yaxın ünvan
"Azercell"dən yeni Wi-Fi kampaniyası!
“Nar”dan gənclərə növbəti iş fürsəti
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 