Biləsuvar rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı, koronavirusa infeksiyasına yoluxan Mahir Quliyevin vəziyyəti ağır olaraq qalır.
ONN media xəbər verir ki, bu barədə Trend-ə M.Quliyevin vəkili məlumat verib.
Vəkil bildirib ki, sabiq icra başçısının səhhətində irəliləyiş yoxdur: "Artıq 10 gündür ki, ECMO cihazına qoşulub. Vəziyyəti ağır olaraq qalır".
M.Quliyev ötən il aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.

İstintaq orqanı tərəfindən Mahir Quliyevin barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
Onun barəsində ibtidai istintaq başa çatdırılıb və baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
M.Quliyev təhlükəli koronavirusa yoluxduğu üçün Astara İstintaq Təcridxanasından Gömrük Hospitalına yerləşdirilib.



Həbsdə olan sabiq icra başçısı ilə bağlı qərar verildi
Mahir Quliyevin vəziyyəti ağırlaşdı
Həbs olunan sabiq icra başçısını hansı cəza gözləyir?
Mahir Quliyevin vəziyyəti ağırlaşdı
Həbsdə olan sabiq icra başçısı koronavirusa yoluxdu, vəziyyəti ağırdır
Məhkəmə həbs olunan icra başçısı ilə bağlı QƏRAR VERDİ
Məhkəmə sabiq icra başçısı barəsində QƏRAR VERDİ
"Vicdan əzabı çəkirəm və çox utanıram” - Həbs edilən icra başçısı
Namiq Zeynalov məhkəməyə gətirildi
Sabiq icra başçısı barəsində həbs qətimkan tədbiri seçildi
Namiq Zeynalov neçə illik həbs edilə bilər?
Vilyam Hacıyevə hökm oxundu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 