"Qoşulmama Hərəkatı çərçivəsində Prezident İlham Əliyevin təşəbbüsü ilə İşçi Qrup yaradılıb. Bu İşçi Qrupunun qarşısında bir neçə vəzifə var. Birinci vəzifə Qoşulmama Hərəkatına üzv ölkələrin səhiyyə nazirlərinin toplantısının keçirilməsidir". ONN media xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri, Prezidentin köməkçisi Hikmət Hacıyev deyib. PA rəsmisi bildirib ki, artıq səhiyyə sahəsində əməkdaşlığa, müxtəlif tibbi protokol və alqoritmlərin bölüşülməsinə, təcrübə mübadiləsinə ehtiyyac vardı: "Qarşıdan gələn dövr ərzində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tərkib hissəsi olaraq, Dünya Səhiyyə Assambleyası baş tutacaq. O çərçivədə Prezident İlham Əliyevin tapşırığından irəli gələrək, Azərbaycan aidiyyatı üzrə səhiyyə nazirlərinin toplantısını keçirəcək. Bu istiqamətdə real işlər gedir, Qoşulmama Hərəkatı daxilində prosedurlardan çıxış edərək, dövlətlərlə razılaşdırılır".
Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin səhiyyə nazirlərinin toplantısını keçirəcək



Azərbaycan buna müvəffəq olub - İlham Əliyev
Prezident Ümumdünya Səhiyyə Günü ilə bağlı paylaşım etdi
Azərbaycan Qoşulmama Hərəkatında olduqca böyük nüfuz qazandı
ÜST-dən Qarabağ və Şərqi Zəngəzurla bağlı AÇIQLAMA
Qoşulmama Hərəkatına üzv olan ölkələrə VACİB TƏKLİF
Ölkə başçısı sərəncam imzaladı - Ramiz Mehdiyev...
Azərbaycan üzv ölkələrin maraqlarını qətiyyətlə qorudu
Azərbaycan Prezidenti: “Bu gün Qoşulmama Hərəkatı daha güclü təşkilatdır”
Sədrlik Bakıya keçdi- Prezident açıqladı
Kütləvi yoluxmanın qarşısını almışıq- İlham Əliyev
Ceyhun Bayramov daha 3 ölkədən olan həmkarları ilə görüşdü
İslahatlara böyük ehtiyac duyulur – İlham Əliyev
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 