Adətən şirniyyat və digər bişmələrin həcmli və yumşaq alınması üçün soda və ya qabartma tozu istifadə edirik. Bəs onları bir-birindən fərqləndirən və bənzər cəhətlər hansılardır? Ümumiyyətlə xəmirə nə zaman və hansı şəkildə əlavə etməliyik? ONN media bütün sualların cavabını təqdim edir. Yadda saxlamaq lazımdır ki, sodanı söndürmədən xəmirə əlavə etmək olmaz. Yoxsa təsirini görməyəcəksiniz. Odur ki, onu sirkədə söndürmək lazımdır. Bu zaman baş verən kimyəvi reaksiya nəticəsində karbon dioksid qazı ayrılır ki, məhz onun sayəsində bişən xəmir yumşaq və həcmli alınır. Təcrübəli kulinarlar, sodanı quru (un, vanil, manna yarması, kakao və s.), sirkəni isə maye (yağ, xama, qatıq və s.) ərzaqlara qatmağı tövsiyə edirlər. Lakin miqdarı dəqiq bilmədən bu üsuldan istifadə etmək bəzən uğursuz ola bilər. Məsələn, qeyri-peşəkar qənnadçı 1 kq una nə qədər sirkə və soda istifadə edildiyini bilmir. Nəticədə ya bişən şirniyyat yetərincə şişmir, ya da sodanın xoşagəlməz dadı hiss olunur. Odur ki, bu üsul çoxumuz üçün əlverişli deyil. Qabartma tozu ilə isə belə problem yaşamırıq. Çünki bu toz, sodanın təkmilləşdirilmiş formasıdır. Bəs qabartma tozu haqda nə bilirik? Onun tərkibi soda, un və limon duzundan ibarətdir. Əziz kulinarlar, ev şəraitində qabartma tozu hazırlamaq olduca asandır. Bu həm sərfəli, həm də zərərsiz məhsul deməkdir. Bəzən istehsalçılar qabartma tozunun hazırlanmasında unu nişasta ilə əvəzləyirlər ki, məhsul daha uzunmüddətli olsun. Qabartma tozunun üstün cəhəti odur ki, soda və limon duzu lazımi vaxtda reaksiyaya girib, xəmirin həcmli və yumşaq alınmasına xidmət edir. Bu proses isə təbii ki, xəmir sobada isinən zaman baş verir. Bəzən şirniyyatların reseptində həm soda, həm də qabartma tozuna rast gəlsəniz təəccüblənməyin. Çünki, özünün də turşluğu olan məhsulları tamamlamaq üçün soda istifadə edilməlidir. Bunlara kefir, qatıq, kəsmik, xama, meyvə və giləmeyvə şirələri, eləcə də bal daxildir.(publika.az)
Qabartma tozu, yoxsa soda?



Ən dadlı pryanik belə hazırlanır - RESEPT
Ən dadlı pryanik belə hazırlanır - RESEPT
Ən dadlı pryanik necə hazırlanır? - QAYDASI
Xırçıldayan bezeli almalı piroq
Kakaolu pəhriz keksi resepti
Çia və bananlı keks resepti
Şəkər çörəyi necə hazırlanır? - QAYDASI
Şokoladlı yaş keks resepti
Hindistan mətbəxindən – Jalebi resepti
Marketlərdə SODA niyə yoxa çıxıb?
Kəsmikli, kişmişli keksin HAZIRLANMA QAYDASI
Çiyələkli keks- RESEPT
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 