“Karantin rejiminin yumşaldılmasından sonra ölkədə vətəndaşların hərəkəti çoxaldı. Biz həkim olaraq canlanmadan qorxuruq”. ONN media xəbər veri ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib. O qeyd edib ki, insanlar karantin rejiminin yumşaldılmasını gözləyir, amma bunun üçün qaydalara riayət edilməlidir: “Bizə ən çox 65 yaşdan yuxarı şəxslərin nə zaman evdən çıxması, yaşayış yerini tərk etmək üçün icazənin ləğvi və imtahanlarla bağlı suallar verilir. Eyni zamanda, ticarət mərkəzlərinin və digər obyektlərin açılmasını gözləyirlər. Operativ qərargah tərəfindən bu qərarlar hələ verilməyib. Bunlar hazırda qəbul etdiyimiz yumşaldılmaların nəticələrindən asılıdır. İnsanlar qaydalara riayət etməlidir. Elə düşünməsinlər ki, biz vətəndaşların qapalı yaşamasını istəyirik. Onlar bizə kömək etməsə, biz yumşaltmaya gedə bilmərik”. Y.Qarayeva vurğulayıb ki, xüsusi karantin rejiminin yumşaldılmasına getmədən öncə TƏBİB-in İşçi qrupu tərəfindən yeni qaydalar hazırlanır: “Bu işin üzərində ciddi çalışırıq. Biz görəndə ki, qaydalara riayət edilmir, məyus oluruq”.
Azərbaycanda karantin rejimi yumşaldılacaq? - RƏSMİ CAVAB



Azərbaycanda karantin rejiminin müddəti uzadılacaq? - RƏSMİ
Karantin rejimi nə vaxt tam ləğv olunacaq? – AÇIQLAMA
Vətəndaşlar bunu edərsə, 2 həftə sonra karantin LƏĞV EDİLƏ BİLƏR – RƏSMİ
Azərbaycanda xüsusi karantin rejimi uzadılacaq?
Xəstəliklərin artımı bu il də gözlənilir - Yaqut Qarayeva
Karantin rejimi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
Karantin rejiminin sərtləşdirilməsinə ehtiyac yoxdur- Rəsmi
TƏBİB-dən karantinin daha da yumşaldılması ilə bağlı -AÇIQLAMA
Azərbaycanda karantin rejimi ləğv edilir? – Rəsmi
Karantin nəticəsini verdi, Azərbaycanda vəziyyət düzəlir
TƏBİB-dən karantin rejiminin yumşaldılması ilə bağlı AÇIQLAMA
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 