Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib. ONN media xəbər verir ki, iclasda “Ünvanlı dövlət sosial yardımı haqqında” (birinci oxunuş) qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilib. Komitə sədri Musa Quliyev bildirib ki, 2005-ci ildə “Ünvanlı dövlət sosial yardımı haqqında” qanun qəbul olunub: "2006-cı ildən bu qanun qüvvədədir. Sonra bu qanunda bir sıra əlavə və dəyişikliklər olub. Bu gün qanuna təklif olunan dəyişikliklər ünvanlı dövlət sosial yardımın verilməsi şərtlərinin yumşaldılması və əhatə dairəsinin genişləndirilməsi üçün hüquqi baza yaradır. Qeyd edilib ki, təqdim olunan qanun layihəsində 15 maddəyə 11 dəyişiklik təklif olunur. Dəyişikliklərin əsas məğzi ondan ibarətdir ki, ünvanlı sosial yardım alanların dövlət proqramına əlçatanlığı daha da genişlənsin. Digər düzəliş ünvanlı dövlət sosial yardımının 2 il müddətinə təyin olunması ilə bağlıdır. Dəyişikliyə əsasən 2 illik müddət artıq bir ilə endirilir. Təyinat müddətini qısaltmaqla, həm ailənin gəlirlərinin dəqiq müəyyənləşdirilməsi, həm də sosial yardım işlərinə nəzarət mexanizmi gücləndiriləcək.
Qanun layihəsinə əsasən, növbəti illərdə ünvanlı dövlət sosial yardımı və özünüməşğulluq proqramlarının genişləndirilməsi, həmçinin aktiv özünüməşğulluğa yönləndilməsi proqnozlaşdırılır. Müzakirələrin sonunda “Ünvanlı dövlət Sosial yardımı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.Ünvanlı sosial yardım alanların NƏZƏRİNƏ



Ünvanlı sosial yardım almaq istəyənlərin nəzərinə
Kommunal xərclərlə bağlı yenilik
Ünvanlı sosial yardım alanlar üçün yeni xəbər
Ünvanlı sosial yardım alan ailələrin sayı nə qədər artıb?
Bu şəxslərin nəzərinə - QAYDALAR DƏYİŞDİ
Sosial yardım alanların sayı artdı- RƏSMİ
İyun ayı üzrə ünvanlı sosial yardımlar ödənildi
Ünvanlı sosial yardım alanlara - Şad xəbər
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti onlayn iclası keçirildi
Milli Məclisin növbəti iclası başladı
Ünvanlı sosial yardım alanların nəzərinə: mayın 27-də...
Yeni Sərəncamla ödənəcək birdəfəlik yardım 47 min ailəni əhatə edəcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 