Azərbaycanda ünvanlı sosial yardım almaq üçün müraciət etmək prosedurları asanlaşacaq.
ONN media xəbər verir ki, bununla bağlı “Ünvanlı dövlət sosial yardımı” haqqında qanuna dəyişiklik təklif edilir.
Layihəyə əsasən, bundan sonra ünvanlı sosial yardım almaq istəyən vətəndaş barədə heç də bütün məlumatlarla bağlı dəyişikliklərin təqdim edilməsinə zərurət yoxdur.
Yəni, elektron sistemdə olan məlumatlarda dəyişiklik olursa, vətəndaş tərəfindən onun yenidən təqdim olunmasına ehtiyac qalmayacaq.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov saytımıza deyib ki, bununla belə, elektron sistemə daxil olmayan məlumatlarda dəyişiklik olarsa, vətəndaş bununla bağlı müvafiq icra qurumunu məlumatlandırmalıdır.
“Bu cür məlumatlandırmaq üçün isə müddət 5 gündən 15 günədək müəyyənləşdirilir”, – deyə V.Bayramov əlavə edib.
Deputatın sözlərinə görə, layihədə ailə tərkibi ilə bağlı informasiyaların təqdim edilməsi ilə bağlı prosedurların təkmilləşdirilməsi də nəzərdə tutulur.
“Qanuna təklif edilən dəyişikliklər ümumilikdə, ünvanlı sosial yardım proqramının təkmilləşməsinə xidmət edir. Dəyişikliklər aztəminatlı ailələrin ünvanlı sosial yardım proqramına çıxış imkanlarının daha da genişləndirilməsinə nail olmağa hesablanıb”.
Qeyd edək ki, adıçəkilən qanuna dəyişikliklər parlamentin Əmək və sosial siyasət komitəsinin mayın 12-də keçiriləcək iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq.



Kommunal xərclərlə bağlı yenilik
Ünvanlı sosial yardım alanların NƏZƏRİNƏ
Bu şəxslərin nəzərinə - QAYDALAR DƏYİŞDİ
Dövlətdən pul almaq istəyənlərə ŞAD XƏBƏR – Prezident göstəriş verdi – VİDEO
Sosial yardım alanların diqqətinə
İyun ayı üzrə ünvanlı sosial yardımlar ödənildi
Bu ailələr ünvanlı dövlət sosial yardımı ala bilər - RƏSMİ
Ünvanlı sosial yardım alanlar üçün yeni xəbər
Ünvanlı sosial yardımla bağlı MÜHÜM YENİLİK
Ünvanlı sosial yardım ləğv edilir
Sosial yardım alanların sayı artdı- RƏSMİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 