"Mayın 4-dən icazə verilmiş xidmətlərdən icazə üçün cəmi 3 saat vaxt verilir". ONN media xəbər verir ki, bunu Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev deyib. Rəis müavini vaxt məhdudiyyətindən şikayət edən vətəndaşlara çıxış yolunu göstərib: "Buna görə də gözəllik salonuna, ümumiyyətlə bərbərxanaya gedən hər bir şəxs - həm qadınlarımız, həm kişilərimiz qabaqcadan yazılı şəkildə növbə tutmalıdır və işlərini mərhələli şəkildə elə etməlidirlər ki, 3 saata bu işin öhdəsindən gəlsinlər. Məsələn, bir neçə iş görmək istəyirlərsə orada, bunu mərhələlərə bölmək olar, birini bu gün, birini sabah, birini birigün və s." Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə mayın 4-dən etibarən bütün sahələr üzrə fərdi ticarət obyektləri, bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət bərpa olunub. Vətəndaşlar bütün sahələr üzrə fərdi ticarət obyektlərinə, bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyət göstərən obyektlərə getmək üçün 2-ci kod üzrə icazə ala bilərlər. Hazırda qüvvədə olan qaydalara görə bu xidmətlərdən istifadə etmək üçün vətəndaşlara 3 saat vaxt verilir.
Əgər 3 saat vaxt bəs etmirsə onda...- ÇIXIŞ YOLU



Gözəllik salonlarına getmək istəyənlərin diqqətinə
Bu şəxslərin icazəsi ilə bağlı yeni qərar
Ölkəmizdə bu iş yerləri də açıldı - Təcili
Bərbərxana və gözəllik salonları nə vaxt açılacaq? - TARİX
Bir çox iş və xidmət sahələri üzrə fəaliyyət dayandırılır - SİYAHI
Ölkədə sabahdan bu iş yerləri açılır — SİYAHI
SMS icazə müddəti bitən vətəndaşlara bu halda güzəşt edilir — RƏSMİ
SON DƏQİQƏ: Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
Bu gündən mollar və ticarət mərkəzləri açılır
Ticarət obyektlərinin fəaliyyəti bərpa olunur
Gələn həftədən ictimai iaşə obyektlərinin fəaliyyəti dayandırılır
Bərbərxana və gözəllik salonu da bağlanmalıdır? – Rəsmi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 