“Üç saatlıq icazə müddətindən 5-10 dəqiqə keçibsə, şəxsə güzəşt edilir”.
ONN media xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev deyib. Onun sözlərinə görə, təəssüf ki, monitorinqlər zamanı karantin qaydalarını pozaraq, qanunsuz fəaliyyət göstərən obyektlər müəyyən olunub. Ə.Baqişev qeyd edib ki, yollarda heç bir tıxac olmadığından vətəndaş bu müddət ərzində öz işlərini sərbəst yerinə yetirə bilir: “Xüsusi karantin rejimi qaydalarına görə, vətəndaşlara küçəyə çıxması üçün üç saat icazə verilir. Ola bilər ki, həkim müayinəsi zamanı üç saatlıq icazə müddəti bitər. Bu halda şəxs həkim arayışı əsasında rahat yaşayış yerinə qayıda bilər. Digər hallarda isə vəziyyətə uyğun qərar verilir. Üç saat tamam olubsa, 5-10 dəqiqə gecikmə varsa, evləri 50 metr aralıdadırsa, bu halda güzəşt edilir. Ümumiyyətlə, polis əməkdaşlarının vəzifəsi vətəndaşları cərimələmək yox, onların sağlamlıqlarını qorumaqdır. Bunu birmənalı şəkildə bilmək lazımdır”.(oxu.az)SMS icazə müddəti bitən vətəndaşlara bu halda güzəşt edilir — RƏSMİ



Əgər 3 saat vaxt bəs etmirsə onda...- ÇIXIŞ YOLU
Günəmuzd işləyənlər Bakıya gələ bilər?
Gözəllik salonlarına getmək istəyənlərin diqqətinə
İcazə üçün bir saat əvvəldən müraciət edilməlidir - Rəsmi
Maska və əlcək taxmayanları cərimələmək olarmı? – AÇIQLAMA
Bu ərazilərdəki vətəndaşlar SMS icazə ilə hərəkət edəcək
8103 qısa nömrəsinə göndərilən SMS-lərin sayı AÇIQLANDI
Azərbaycanda SMS icazə sistemi bərpa edilir - BU TARİXDƏN
Sürücülərə şad xəbər- Bundan sonra...
8103-lə alınan icazələrə dəyişiklik edildi
İki günlük qadağada zibil də atmaq olmaz - Rəsmi
Yollarda karantin qaydalarını pozan sürücülər saxlanılır
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 