Çinli alimlər koronavirusa (COVID-19) yoluxan xəstələrin vəziyyəti barədə açıqlama veriblər. ONN media bildirir ki, koronavirus aşağı tənəffüs yollarına təsir etdiyindən yoluxmuş insanların əksəriyyətində quru öskürək, nəfəs darlığı və ya sətəlcəm müşahidə edilir. Bu səbəbdən COVID-19-un əsas təsirlərindən biri ağciyər zədələnməsidir. Mütəxəssislərin sözlərinə görə, bəzi xəstələrdə sağaldıqdan sonra bu orqanın funksiyası 20-30 faiz zəifləyə bilər. Xəstəliyin təhlükəli nəticələri arasında ağciyər fibrozu da xüsusi vurğulanıb. Vaxt keçdikcə yara toxuması ağciyərlərin bir hissəsinin məhvinə səbəb olur və oksigenin qana daxil olmasını çətinləşdirir. Koronavirusdan sağalmış şəxs məşq zamanı nəfəs darlığı şəklində hipoksemiya (qanda oksigenin miqdarının azalması) əlamətləri ilə qarşılaşa bilər. Ancaq vaxtında tibbi müdaxilə edilərsə, ağciyər fibrozu gecikdirilə və hətta müalicə oluna bilər. Bununla belə, toplanan məlumatlara əsasən, həkimlər sağalmış xəstələrin yeni SARS-CoV-2 infeksiyasına qarşı immunitetə sahib olduqlarına dair nəticə əldə ediblər. Həkimlərin fikrincə, epidemiyadan sağalmış şəxslərin SARS-CoV-2 koronavirus infeksiyasına yenidən yoluxma ehtimalı azdır.(oxu.az)
Koronavirus insan orqanizmində hansı fəsadlar törədə bilər?



Bu dərman koronavirusu YOX EDİR – Baş həkim AÇIQLADI
Maska taxmaq hansı şəxslər üçün təhlükəli ola bilər?
Koronavirus insanın bütün orqanlarına təsir edir - ARAŞDIRMA
Koronavirusun ömürlük fəsadları NƏLƏRDİR?
Koronavirusa yoluxan xəstələrin 80 faizi bu səbəbdən ölür- DİQQƏT
Kiçik hüceyrəli ağciyər xərçəngi nədir? Necə diaqnoz qoyulur? Müalicə necədir?
Ağ ciyərinizin sağlamlığı ilə bağlı mühüm qayda
Koronavirusdan sağalan xəstələrdə hansı fəsadlar ola bilər?
İnsanları vahiməyə salan ciyərdəki "buzlu şüşə" nədir? - AÇIQLAMA
Dad və qoxu hiss etmirəm, koronavirusa yoluxmuşam? - VACİB AÇIQLAMA
Barmaq və dırnaqlarınız əyridirsə... - ONKOLOQA GEDİN
COVID-19-la bağlı tez-tez verilən sualların CAVABLARI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 