İngilis alimləri koronavirus infeksiyasının xəstələrdə ağırlaşmalara, məsələn, deliriya, beyin iltihabı, insult və sinir zədələnmələrinə səbəb ola biləcəyini aşkar edib.
ONN media xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislər “Brain” jurnalında yayımlanan elmi məqalədə xəstəliyin insan beyninə təhlükəsindən danışıb.
Tədqiqatlar zamanı alimlər yoluxan xəstələrdə kəskin yayılmış ensefalomielitin nadir və ölümcül vəziyyətini tapıb. Koronavirus olan bəzi xəstələrdə respirator əlamətlər olmayıb, lakin xəstəliyin əsas təzahürü nevroloji pozğunluqlar şəklində özünü göstərib. Alimlərin fikrincə, bu, 1918-ci il qrip pandemiyasından sonra keçən əsrin 20-30-cu illərində letargiya ensefalitin yayılmasına bənzəyir.
Həkimlər koronavirusa yoluxmuş 16 yaşdan 85 yaşa qədər 43 xəstənin nevroloji simptomlarını təhlil edərək 10 ensefalopatiya - müvəqqəti beyin disfunksiyası, beyin iltihabının 12, insultun 8, sinir zədələnməsinin 8 hadisəsini müəyyənləşdiriblər.
Eyni zamanda, elm adamları beyin-onurğa mayesində virus aşkar etməyib, bu o deməkdir ki, koronavirus beyinə birbaşa təsir edə bilməz. İnfeksiyanın səbəbi ilə nevroloji pozğunluqların inkişaf mexanizmi naməlum olaraq qalır. Lakin elm adamları güman edir ki, beyindəki fəsadların səbəbi immun sisteminin patogenə cavabıdır.



Koronavirusla bağlı bilmədikləriniz
Koronavirus xəstələrində ola biləcək psixi pozğunluqlar
Koronavirus insan orqanizmində hansı fəsadlar törədə bilər?
Koronavirus beyinə nüfuz edir - ARAŞDIRMA
İqlim dəyişikliyi kimlərə təsir edəcək?
Koronavirusa yoluxan xəstələrin 80 faizi bu səbəbdən ölür- DİQQƏT
Bu şəxslər heç zaman kökəlmir
Artıq çəkinin inanılmaz zərərləri
Koronavirus insanın bütün orqanlarına təsir edir - ARAŞDIRMA
Alimlər koronavirusun əsas yoluxma üsulunu müəyyənləşdirdilər
ŞOK XƏBƏR: Koronavirusun yeni əlamətləri aşkar edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 