Bakının Xəzər rayonunda, keçmiş “Dostluq” uşaq düşərgəsi ərazisində insan qalıqlarının tapılması ilə bağlı aparılan araşdırma zamanı ortaya çıxan təfərrüat istintaqa yeni material verib.
ONN media xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat daxil olub. Xatırladaq ki, qalıqlar mayın 7-si, axşam saatlarında uşaqlar tərəfindən hazırda məcburi köçkünlərin yaşadığı Şüvəlan qəsəbəsində tapılıb. İlkin araşdırma zamanı qalıqların 20-30 yaşlarında qadına aid olduğu müəyyən edilib. Faktla əlaqədar dərhal Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ekspertizanın ilkin nəticəsi cəsədin 20 il əvvəl gizli şəkildə dəfn olunduğunu göstərib. Hüquq-mühafizə orqanlarının əməkdaşları xüsusi avadanlıqlardan istifadə edərək, ərazidə başqa qəbirlərinin olub-olmaması ilə bağlı araşdırma aparsalar da, heç nə tapmayıblar. Bununla belə nəticəyə gəlinib ki, kimsə bu ölümü qəsdən gizlətməyə çalışıb. Ekspertlər tərəfindən qeyd edilən daha bir vacib detal istintaqın diqqətini çəkib: qadının ayaqlarından biri ikincisindən daha qısa olub, bu da onun əlil olması deməkdir. Bununla əlaqədar qadının ömrü boyu əlillik müavinəti alacağı ilə bağlı yeni bir versiya ortaya çıxıb. Onun ölümündən sonra qohumları dövlətdən ödəniş almağa davam etmək üçün bu həqiqəti hökumətdən gizlətməyə qərar veriblər. Faktla əlaqədar istintaq davam edir və indi hüquq-mühafizə orqanlarının əməkdaşları ən vacib suallara cavab verməlidirlər: kimin ölümü və hansı məqsədlə gizlədilib?(oxu.az)Bakıda uşaq düşərgəsində ölüm — Bir ayağı qısa qadın skeletinin sirri - TƏFƏRRÜAT



Bakıda işə gedən qadının öldürülməsi barədə RƏSMİ AÇIQLAMA
Azərbaycanda Qadın CİNAYƏTİ: Ər keçmiş arvadını küçədə öldürdü
Mingəçevirdə QANLI OLAY: 17 yaşlı oğul anasını...
Bərdədə 58 yaşlı qadını qətlə yetirən şəxs TUTULDU
Azərbaycanda DƏHŞƏTLİ QƏTL: polis qadını öldürdü
Sumqayıtda cinayət: qadını boğaraq öldürdü
FİLM KİMİ OLAY- Ana öz övladını zəhərlədi
Bakıda 19 yaşlı oğlan atasını amansızlıqla öldürdü
Abşeronda dəhşətli qətl: Ata oğlunu öldürdü
Bakıda ər arvadını öldürdü
Bakıda qadın öldürüldü - DƏHŞƏTLİ CİNAYƏT
Masallıda 16 yaşında ərə verilən qız öldü - Dövlət qurumları hərəkətə keçdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 