Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Masallı Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış monitorinq komissiyası ilə birlikdə həmin rayonda baş verən uşaq nikahı ilə bağlı araşdırmalara başlayıb.
Bunu Trend-ə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov deyib.
Onun sözlərinə görə, bu araşdırmalara hüquq-mühafizə orqanlarının nümayəndələri cəlb edilib:
“Uşaq nikahlarının baş verməsi yolverilməzdir. Araşdırılmalıdır ki, 2003-cü il təvəllüdlü Qəmbərova Fatimənin 16 yaşı olduğu halda, bu nikah necə baş verib. Bu faktla əlaqədar hüquq-mühafizə orqanlarına da çağırış edərək deyirik ki, araşdırma ciddi şəkildə aparılsın. Beynəlxalq konvensiyalara və Azərbaycan qanunvericliyinə görə, 18 yaşına çatmayan şəxslər uşaq hesab edilirlər. Uşaqların nikah yaşının yalnız bir yaş azaldılmasına imkan verilir. Bu halda da nikah yalnız 17 yaşda ola bilər. Ona görə də bu məsələ ilə bağlı araşdırma gücləndirilmiş şəkildə aparılmalıdır".
Qeyd edək ki, 2003-cü il təvəllüdlü Qəmbərova Fatimə Mayıs qızı iki həftə əvvəl nikaha daxil olub. Gəlin bu gün dünyasını dəyişib



Dövlət Komitəsinin yeni tərkibi təsdiqləndi - QƏRAR
Yetkinlik yaşına çatmayan qız doğuş həyata keçirdi - GƏNCƏDƏ
Azərbaycanda ŞOK OLAY: 14 yaşlı qız ana oldu
Dövlət Komitəsi uşaq evində azyaşlının döyülməsi faktını nəzarətə götürdü
Cəmiyyəti ciddi narahat edən erkən nikah problemi: Həkimlərdən XƏBƏRDARLIQ
Mətanət İsgəndərlinin oğlunun əməlləri ilə bağlı RƏSMİ AÇIQLAMA
Erkən nikah halları ilə mübarizə tədbirləri gücləndirilir
Boşanmaq istəyənlərin DİQQƏTİNƏ
Yevlaxda ata 4 yaşlı ögey övladına işgəncə verdi
Azərbaycanda uşaq nikahları 10 dəfə azalıb
Evlənmək istəyənlərə xəbərimiz var
Qaraçılar 7-ci sinifə qədər təhsil alır - İcra hakimiyyəti
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 