“Biz indi iki təşkilata sədrlik edirik və bu iki təşkilatın Zirvə görüşünü keçirmişik – Türk Şurası və Qoşulmama Hərəkatı və ən yüksək səviyyədə. Qoşulmama Hərəkatının və Türk Şurasının yekun bəyannaməsində Azərbaycanın xüsusi rolu qeyd olundu”. ONN media xəbər verir ki, bu sözləri bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST mərkəzinin açılışında AzTV-yə müsahibəsində söyləyib. Prezident bildirib ki, biz hər bir işə çox məsuliyyətlə yanaşırıq və bizim sədrliyimiz formal xarakter daşımamalıdır və daşımır: ” Ona görə çətin gündə kimin imkanı varsa, kömək etməlidir, həyatda da, siyasətdə də. Bu, bizim, necə deyərlər, adət-ənənələrimizə də uyğundur. Ona görə bu gün bu yardımın göstərilməsi hesab edirəm ki, düzgün addımdır. Bu günə qədər biz 13 ölkəyə yardım göstərmişik və bu haqda ancaq son vaxtlar danışmağa başlamışıq. Biz təyyarələrlə yardımlar göndərmişik, yüzlərlə ton yardım göndərmişik. Azərbaycanda istehsal olunan dezinfeksiya vasitələri, qoruyucu vasitələr və digər əşyalar göndərmişik, amma bunu reklam etməmişik. Bunu mənəvi borc bilərək etmişik, o ölkələrə ki, onlar bizə müraciət edib. Biz bilirik, o ölkələrin maliyyə vəziyyəti imkan vermir ki, onlar lazımi tədbirləri görsün. Əminəm ki, bu yardım bir çox insanın həyatını xilas etdi. Əsas məsələ budur. Beləliklə, 13 ölkəyə artıq yardım göstərilib, o cümlədən üç beynəlxalq təşkilata yardım göstərilibdir. Bu, bir daha bizim məsuliyyətimizi göstərir”.
“Biz təyyarələrlə yüzlərlə ton yardım göndərmişik” – Prezident



Azərbaycan Prezidenti: “Bu gün Qoşulmama Hərəkatı daha güclü təşkilatdır”
Azərbaycan buna müvəffəq olub - İlham Əliyev
İlham Əliyev Azərbaycanın pandemiya ilə mübarizəsindən danışdı
Bunu Azərbaycandan başqa hələ ki, bacaran yoxdur - Qənirə Paşayeva
Qoşulmama Hərəkatına sədrlik Azərbaycana keçdi
Qoşulmama Hərəkatın Bakı Siyasi Bəyannaməsi qəbul edildi
Qoşulmama Hərəkatına üzv olan ölkələrə VACİB TƏKLİF
İlham Əliyev Bağdad Amreyevlə görüşdü
Azərbaycan 4 ölkəyə 150 min doza peyvənd ianə edib
Türk Şurasının VII Zirvə Görüşü başa çatdı
Prezident Cavad Zərifi qəbul etdi
Prezident İranın Xarici İşlər nazirini qəbul etdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 