Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 1 mart 2019-cu il tarixli, 1007 nömrəli Sərəncamına əsasən, dövlət dəstəyi ilə bədii, sənədli və animasiya filmlərinin istehsalı üçün müsabiqələrin təşkilini həyata keçirmək məqsədi ilə Mədəniyyət Nazirliyi yanında Kino Şurası yaradılıb. Dövlət və özəl kino istehsalı müəssisələri üçün film layihələri müsabiqələri təşkil edəcək Şura üç İşçi Qrupundan ibarətdir. Birinci İşçi Qrupu müsabiqəyə təqdim ediləcək film layihəsinə daxil olan ssenari və sənədlər toplusunun maliyyə və hüquqi baxımdan texniki parametrlərə uyğunluğuna əsasən növbəti mərhələyə buraxılan layihə və ya layihələrin, ikinci İşçi Qrupu ssenarilərin bədii-kinematoqrafik keyfiyyətlərinə əsasən növbəti və son mərhələyə buraxılan layihə və ya layihələrin, üçüncü İşçi Qrupu isə ssenari və sənədlər toplusunun əvvəlki mərhələlərdə aldığı qiymətləri də nəzərə alaraq, çəkiləcək filmlərin prodüser və rejissorlarının iştirakı ilə keçirilən pitçinq prosesinin nəticələrinin müəyyən edilməsini həyata keçirəcək. Kino yaradıcılığı və istehsalı ilə bağlı mütəxəssislər, hüquqşünas, kino maliyyəçisi, KİV-in, müstəqil prodüser mərkəzlərinin, kino nümayişi müəssisələrinin nümayəndələri, dövlət studiyalarının rəhbərləri, kino-marketinq mütəxəssisləri, eləcə də müxtəlif sənət adamlarından təşkil olunan Kino Şurasının tərkibi aşağıdakı şəxslərdən ibarətdir: Şuranın sədri Nazim Hüseynov – “Azərbaycanfilm” kinostudiyasının direktoru Ərizələrin və sənədlərin qəbulu üzrə İşçi Qrupu: Fikrin Bektaşi – hüquqşünas; Orxan Əliyev – kino maliyyəçisi; Leyla Vəzirzadə – kinoşünas, Şuranın Katibi. Ssenarilərin bədii-kinematoqrafik baxımdan qiymətləndirilməsi üzrə İşçi Qrupu: Yavər Rzayev – rejissor, ssenarist; Mirbala Səlimli – rejissor, ssenarist; Fariz Əhmədov – rejissor, prodüser; Cahangir Səlimxanov – mədəni irs üzrə ekspert, Avropa Mədəniyyət Parlamentinin üzvü; Roman Orkodaşvili – ssenarist, redaktor, «Что? Где? Когда?» (Rusiya) komandasının üzvü; Orxan Abbasov – operator, Paris Beynəlxalq Kino və Televiziya Məktəbinin məzunu; Mansur Şəfiyev – rejissor-animator; Aygün Aslanlı – kino tənqidçisi; Aydın Talıbzadə – teatrşünas. Layihələrin iqtisadi qiymətləndirilməsi (pitçinq) üzrə İşçi Qrupu: Nazim Hüseynov – “Azərbaycanfilm” kinostudiyasının direktoru; Rüfət Həsənov – “Debüt” studiyasının direktoru; Balakişi Qasımov – İctimai Televiziyanın baş direktoru; Orman Əliyev – Bakı Media Mərkəzinin direktoru; İlqar Nəcəf – “Buta Film” prodüser mərkəzinin təsisçisi; Əli-Səttar Quliyev – “Mozalan” studiyasının direktoru; Elmar İmanov – “Color of May” (Almaniya) prodüser mərkəzinin direktoru; Rüstəm Fətəliyev – “Park Cinema” kinoteatrlar şəbəkəsinin piar meneceri.
Nazirliyin tərkibində yeni şura yaradıldı - Sədr təyin edildi



Bədii və animasiya film ssenariləri müsabiqəsi elan olunur
Mədəniyyət Nazirliyi müsabiqə elan edir
Mədəniyyət Nazirliyi müsabiqə elan edir
Mədəniyyət Nazirliyi Samir Şərifova CAVAB VERDİ
Azərbaycanda koronavirusla bağlı İşçi Qrupu yaradıldı
Baş nazir qərar imzaladı
İlham Əliyev fərman imzaladı
Əli Əsədov Qarabağla bağlı sərəncam imzaladı
Böyük qayıdış üzrə İşçi Qrup yaradıldı
Dağlıq Qarabağla bağlı işçi qrupu bu tarixdə TOPLANIR
Bir neçə dövlət qurumu ləğv edildi
Əli Əsəd sərəncam imzaladı - İşçi qruplar yaradıldı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 