Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamının icrasına uyğun olaraq, milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən şəxslərə dəstək olmaq, onların yaradıcılığını stimullaşdırmaq və yeni yaradıcı qüvvələri kinodramaturgiya sahəsinə cəlb etmək məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən növbəti dəfə bədii və animasiya film ssenariləri müsabiqəsi elan olunur.
Nazirlikdən ONN media -ya verilən məlumata görə, müsabiqədə iştirak şərtləri aşağıdakılardır:
Ssenari yaradıcılığı ilə məşğul olan istənilən şəxs iştirak edə bilər;
İştirakla bağlı yaş məhdudiyyəti yoxdur;
Müsabiqədə iştirak etmək üçün azbüdcəli tammetrajlı bədii, həmçinin uşaq mövzusunda bədii, qısametrajlı bədii və animasiya filminin ssenarisi (elektron variantda CD diskdə və çap olunmuş variantda, şrift Courier New, ölçü 12), şəxsiyyəti təsdiq edən sənədin surəti və müəllif haqqında məlumatın (əlaqə telefonu və e-mail ünvanı) təqdim edilməsi tələb olunur;
Müsabiqəyə qatılmaq üçün film ssenarisi (və ya ssenariləri) və tələb olunan sənədlər 2019-cu il noyabr ayının 1-dən 25-dək (Azərbaycan Dövlət Film Fondunun baş mütəxəssisi və müsabiqənin Münsiflər heyətinin məsul katibi Leyla Vəzirzadə, ünvan: AZ 1065, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 10) təqdim edilməlidir;
Hər bir müəllif müsabiqəyə vətənpərvərlik, milli-mənəvi və ümumbəşəri dəyərlər, yeniyetmə və gənclər, eləcə də müasir həyatın digər prioritet mövzularında ən çoxu iki film ssenarisi təqdim edə bilər;
Müsabiqənin kino mütəxəssislərindən ibarət Münsiflər heyətinin rəyi əsasında ən yaxşı ssenarilər müəyyən edilir və Münsiflər heyətinin apardığı müzakirələr məxfi saxlanılır;
Qaliblərin adları 2019-cu il dekabr ayının 20-dək Nazirliyin www.mct.gov.az saytında və “Mədəniyyət” qəzetində açıqlanır;
Qalib ssenarilərin müəllifləri ilə bağlanan müqaviləyə əsasən ssenarilərin istifadə hüquqları, o cümlədən çəkiləcək filmin yaradıcı heyətinin müəyyən edilməsi istehsalçı studiyaya məxsus olur;
Qalib ssenarilərə dövlət sifarişi ilə növbəti illərdə filmlər çəkilir;
Müsabiqədə iştirak yalnız qeyd olunan tələblər çərçivəsində mümkündür. Əks halda təqdim edilən işlərə baxılmır;
Müsabiqəyə təqdim olunan ssenarilər geri qaytarılmır.



Mədəniyyət Nazirliyi müsabiqə elan edir
Mədəniyyət Nazirliyi müsabiqə elan edir
Qalibə 2500 manat veriləcək
Mədəniyyət Nazirliyi Samir Şərifova CAVAB VERDİ
İkinci ANİMAFİLM festivalının Uşaq Münsiflər Heyəti tərkibi bəlli oldu
AMEA müsabiqə elan edir
Gələn ilə Qarabağla bağlı bədii film çəkiləcək
İkinci ANİMAFİLM festivalına filmlərin və ssenarilərin qəbulu başladı
İki filmimiz beynəlxalq festivalda mükafat qazandı
Əməkdar incəsənət xadimi vəfat etdi
Nazirliyin tərkibində yeni şura yaradıldı - Sədr təyin edildi
AzTV-də yeni Bədii Şura yaradılacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 