21 may 2020-ci il tarixindən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin 1 və 2 saylı Bakı DOST mərkəzlərində vətəndaşlara xidmət göstərilməsi proseduru bərpa ediləcək.
ONN media -ya DOST Agentliyindən verilən məlumata görə, mərkəzlər həftənin bazar ertəsindən cümə gününədək saat 9:00-dan 18:00-a qədər vətəndaşların xidmətində olacaq. 3 saylı Bakı DOST Mərkəzində isə vətəndaşlara müvəqqəti olaraq məhdud çərçivədə xidmətlər göstəriləcək. Vətəndaşlara xidmət prosesi zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Covid-19 virusundan qorunmaqla bağlı tövsiyələrinə əməl ediləcək. Belə ki, əməkdaşların qoruyucu maskalarla təmin edilməsi ilə yanaşı DOST mərkəzlərində vətəndaşların da dezinfeksiyaedici məhlullardan istifadə etməsi üçün şərait yaradılacaq. Mərkəzlərə gələn vətəndaşların da ÜST-ün tövsiyələrinə əməl edərək qoruyucu üz maskalarından istifadə etmələri tövsiyə edilir. Onların tibbi-profilaktik qaydalara ciddi əməl edərək sosial məsafə saxlamaları vacibdir. Xatırladaq ki, ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar mart ayının 15-dən etibarən DOST mərkəzlərində də xüsusi iş rejimi tətbiq edilirdi. Vətəndaşların müraciətləri İnternet üzərindən qəbul və emal edilirdi.DOST mərkəzlərinin fəaliyyəti bərpa olunur



Bu ildən etibarən bu şəhərlərdə “DOST” mərkəzləri açılacaq
DOST rəsmi saytını təqdim etdi - VİDEO
Şuşada DOST mərkəzi yaradılacaq
Şuşada da DOST Mərkəzi yaradılacaq
Bu nazirliyin bir neçə şöbə və mərkəzi ləğv olundu
Asan Xidmət mərkəzləri bağlandı
Ruslan Mirzəliyevə vəzifə verildi
İlham Əliyev Abşeronda DOST Mərkəzinin açılışında
“ASAN xidmət” və "ASAN Kommunal" bir gün işləməyəcək
ŞAD XƏBƏR: Bu ay pensiyalar artırılacaq
Azərbaycanda yeni agentlik yaradılır - FƏRMAN
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 