"Virus bütün ölkələrə təsir edib. Aydındır ki, o, yoxa çıxmayacaq, biz bu virusla yaşamalı olacağıq. Ona görə də düşünürəm ki, bu ehtiyat tədbirləri, əlbəttə, artıq bizim həyatımıza çox uzun müddətə daxil olub. Bu səbəbdən də bizim müasir, ən mürəkkəb texnoloji tələblərə cavab verən qabaqlayıcı vasitələrə ehtiyacımız var". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 22-də “Signify” (əvvəlki adı “Philips Lighting”) şirkətinin təşəbbüsü ilə bu şirkətin baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və “Signify” rəhbərliyinin digər nümayəndələri arasında keçirilən videokonfransda deyib. "Biz insanlarımızı qorumaq üçün əlimizdən gələni edirik. Lap əvvəldən biz çox mühüm qabaqlayıcı tədbirlər gördük, bu da bizə insanlarımızı qorumağa və minimum itki ilə bu vəziyyətdən çıxmaq üçün yol tapmağa imkan verdi. Bizim səylərimiz Azərbaycanı koronavirusa qarşı mübarizədə nümunə adlandıran Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də qiymətləndirilib. Əlbəttə ki, mən sizin bəşəriyyətin özünü qorumasına yardım etmək üçün texnologiyalar təşəbbüsünüzü tam dəstəkləyirəm", - dövlət başçısı bildirib.
Prezident: "Biz bu virusla yaşamalı olacağıq"



Prezident “Signify” şirkətinin nümayəndələrini qəbul etdi
Prezident "Signify" şirkətinin baş icraçı direktorunu videoformatda qəbul etdi
Daha 7 şəhərdə qaranlıq küçələr işıqlandırılacaq
İlham Əliyev məşhur şirkətin direktoru ilə görüşdü
İlham Əliyev: "Bizim iki variantımız var idi"
İlham Əliyev: “15 sentyabrdan məktəb və universitetləri açacağımızı bilmirik”
Prezident: "Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik"
İlham Əliyev Azərbaycanı dəstəkləyən ölkələrə təşəkkürünü bildirdi
"Bu səfərin nəticələri çox müsbət olacaq"- İlham Əliyev
İlham Əliyev: İqtisadiyyatı şaxələndirmək üçün əlimizdən gələni etməyə çalışırıq
İlham Əliyev: Onlar öz arzularına çatmayacaqlar
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 