Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də “Signify” - əvvəlki adı “Philips Lighting” olan şirkətin baş icraçı direktoru Erik Rondolatı və şirkətin rəhbərliyinin digər nümayəndələrini qəbul edib. ONN media xəbər verir ki, görüşdə “Signify” şirkəti tərəfindən Azərbaycanda həyata keçirilən layihələrin icrası müzakirə olundu. Prezident İlham Əliyev Bakı, Sumqayıt və Şamaxı şəhərlərinin küçələrinin işıqlandırılması üçün şirkət tərəfindən görülən işlərdən məmnunluğunu bildirdi, bu işlərin nəqliyyatın və əhalinin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd etdi. Azərbaycanda yaradılan əlverişli biznes və investisiya mühitinə görə dövlətimizin başçısına minnətdarlığını ifadə edən Erik Rondolat rəhbərlik etdiyi şirkət tərəfindən ölkəmizdə həyata keçirilən işlər barədə Prezident İlham Əliyevə ətraflı məlumat verdi, Bakı və Sumqayıtda işlərin yekunlaşdığını, Şamaxıda isə başa çatmaq üzrə olduğunu bildirdi. Qeyd etdi ki, tətbiq olunmuş yeni texnologiyalar sayəsində bu layihələrdə elektrik enerjisinə 50 faiz qənaət təmin edilib. Gələcəkdə isə bu qənaət 75-80 faizə çatdırılacaq. Prezident İlham Əliyev yeni texnologiyaların tətbiqi istiqamətində işlərin davam etdirilməsinin zəruriliyini bildirdi və növbəti mərhələdə Gəncə, Mingəçevir, Şəki, Qəbələ, Şirvan və Lənkəran şəhərlərində də küçə işıqlandırılması layihələrinin hazırlanmasının vacibliyini qeyd etdi. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən infrastruktur layihələrindən danışan dövlətimizin başçısı bildirdi ki, Şuşa və Ağdam şəhərlərinin baş planlarının hazırlanması istiqamətində ciddi işlər gedir və “Signify” şirkətinin baş planların hazırlanması mərhələsində bu prosesə qoşulması məqsədəuyğundur. Söhbət zamanı yeni işıq texnologiyalarının tətbiqi ilə tərəvəzçilikdə, quşçuluq və balıqçılıq təsərrüfatlarında yüksək məhsuldarlığa nail olunması üçün pilot layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olundu.
Prezident “Signify” şirkətinin nümayəndələrini qəbul etdi - YENİLƏNDİ



İlham Əliyev məşhur şirkətin direktoru ilə görüşdü
Daha 7 şəhərdə qaranlıq küçələr işıqlandırılacaq
Prezident "Signify" şirkətinin baş icraçı direktorunu videoformatda qəbul etdi
Prezident: "Biz bu virusla yaşamalı olacağıq"
İlham Əliyev “Lazard Freres” şirkətinin baş icraçı direktoru ilə görüşüb
İlham Əliyev “SAP SE” şirkətinin baş icraçı direktoru ilə görüşüb
İlham Əliyev “CISCO” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
İlham Əliyev “Procter and Gamble Europe” şirkətinin prezidenti ilə görüşdü
İlham Əliyev İsveçrədə səfərdədir
İlham Əliyev Türkiyənin Ali Təhsil Şurasının sədrini qəbul etdi
Prezident Səlcuq Bayraqdarı qəbul etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 