Dövlət Yol Polisi əməkdaşları tərəfindən ayın 13-dək İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi üzrə qərar qəbul edilməyib.
Bunu Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bir qrup vətəndaş cəmiyyəti, media nümayəndələri, hüquqşünas və ekspertlərin DYP-nin yazdığı cərimələrin ləğv olunması ilə bağlı Baş nazir Əli Əsədova müraciətindən danışarkən deyib. Onun sözlərinə görə, sözügedən qərarlar səlahiyyətli şəxslər tərəfindən çıxarılıb:
"O qərarlar niyə ləvg olunmalıdır? Həmin qərarlar səlahiyyətli şəxslər tərəfindən çıxarılıb. Yaxşı olardı ki, həmin şəxslər ayın 12-nə kimi verilən qərarlara baxsınlar. Görsünlər ki, o inzibati xətalar üzrə qərarları hansı əməkdaşlar çıxarıb. Yəni həmin qərarların bir çoxu polis sahə rəisləri, rəis müavinləri tərəfindən çıxarılıb. Yol polisi əməkdaşları tərəfindən ayın 13-dək İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi üzrə qərar qəbul edilməyib”.
Kamran Əliyev qeyd edib ki, o vaxtadək Yol Polisi Xidməti əməkdaşlarının həmin maddə üzrə qərar qəbul etmək səlahiyyəti olmayıb:
"Bu səlahiyyət aprelin 13-də qüvvəyə mindi. Səlahiyyət Dövlət Yol Polisi əməkdaşlarına verildikdən sonra bizim tərəfdən həmin maddə üzrə qərar qəbul edilib”.
Qeyd edək ki, bir qrup vətəndaş cəmiyyəti, media nümayəndələri, hüquqşünas və ekspertlər Baş nazir Əli Əsədova müraciət edib. Müraciətdə bildirilir ki, Dövlət Yol Polisi (DYP) əməkdaşlarının 13.04.2020-ci il tarixinədək İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb etmə səlahiyyəti olmayıb. Ona görə də DYP-nin bu tarixə qədər İXM-nin 211-ci maddəsi üzrə tərtib etdiyi bütün inzibati tənbeh verməyə dair qərarları ləğv olunmalıdır



Karantin cəriməsini ödəməyənləri NƏ GÖZLƏYİR? - VİDEO
Əhaliyə XƏBƏRDARLIQ!- Həbs oluna bilərsiniz
Yol polisi bir gündə mindən çox şəxsi CƏZALANDIRDI
Karantin cəriməsini ödəməyən vətəndaşların — NƏZƏRİNƏ!
Bu sürücülər 300 manat cərimə edilir - XƏBƏRDARLIQ
Azərbaycanda 4 yüksək rütbəli polis KORONAVİRUSA YOLUXDU
Maska taxmamağa görə cərimələr artırıldı
Azərbaycanda daha bir gizli toy - Polis BASQIN ETDİ
Məhkəmə Kamil Zeynallı ilə bağlı QƏRAR VERDİ
Bu sürücülərin NƏZƏRİNƏ- Cərimələnə bilərsiniz
Azad edilən ərazilərə icazəsiz daxil olan şəxslər həbs edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 