Mərkəzi Bank “AccessBank” və "Rabitə Bank"la bağlı məlumat yayıb. Mərkəzi Bankdan ONN media -ya verilən məlumata görə, bu gün Əmanətlərin Sığortalanması Fondu ilə birgə keçirilmiş mətbuat konfransında səsləndirilmiş bir məlumatın bəzi kütləvi informasiya vasitələri tərəfindən qeyri-dəqiq işıqlandırılmasına yol verilib. “Bildiririk ki, qanunvericiliyə və normativ tələblərə müvafiq olaraq banklar maliyyә ilinin qurtarmasından әn geci beş ay müddәtindә maliyyә hesabatını auditor rәyi ilә birlikdә maliyyә bazarlarına nәzarәt orqanına tәqdim etmәli və dәrc etdirmәlidirlər. Bununla əlaqədar, əksər banklar tərəfindən müvafiq hesabatların rəsmi internet saytlarında açıqlanması təmin olunub. Lakin, koronavirus (COVİD-19) pandemiyasının işin təşkili ilə bağlı yaratdığı çətinliklərlə əlaqədar olaraq “Rabitə Bank” ASC və “Access Bank” QSC tərəfindən Mərkəzi Banka müraciət olunaraq, kənar audit hesabatının açıqlanması ilə bağlı möhlət istənilib və müvafiq hesabatların iyun ayı ərzində dərc olunacağı bildirilib. Buna baxmayaraq, mətbuat konfransında səsləndirilmiş bu məlumat təhrif olunaraq adı çəkilən bankların kapital problemlərinin olması formasında yayımlanıb. Azərbaycan Respublikasının Mərkəzi Bankı bildirir ki, qeyd olunan məlumat həqiqəti əks etdirmir", - deyə məlumatda qeyd olunub.
Mərkəzi Bankdan “AccessBank” və “Rabitə Bank”la bağlı AÇIQLAMA



Bu banklardakı əmanətlərlə bağlı növbəti açıqlama
Mərkəzi Bank 4 banka “əl qoydu”
“Muğan Bank”ın lisenziyası ləğv edildi
Əhaliyə ŞAD XƏBƏR - Oktyabrın 16-dan...
Sabah DOLLAR bu qiymətə olacaq - Mərkəzi Bank
3 bankın əmlakları satışa çıxarılır
Dolların manata qarşı məzənnəsi 3 gün belə olacaq - MƏRKƏZİ BANK
Dollar sabah bu qiymətə olacaq - Mərkəzi Bank
Günay Bank kreditorlarına müraciət etdi
Banklar kredit verməyi niyə dayandırıb? - RƏSMİ AÇIQLAMA
Heydər Əliyevlə bağlı pul nişanları satışda
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 