Bəzi vətəndaşlar Azərbaycanda fəaliyyət göstərən bankların istehlak və biznes kreditlərinin verilişini dayandırdığını bildirir. Müştərilər müraciət etdiyi bir neçə bankdan ayın sonunadək kredit verilişinin dayandırıldığı cavabını alılar.
Məsələ ilə bağlı Mərkəzi Bankın mətbuat xidmətindən cavab olaraq bildirilib ki, koronavirus (COVID-19) pandemiyası və bundan irəli gələrək qlobal əmtəə bazarlarında baş verən kəskin dalğalanmalar digər ölkələrdə olduğu kimi, Azərbaycan iqtisadiyyatı üçün də ciddi təhdidlər yaratmaqdadır:
“Pandemiyanın sahibkarlıq subyektlərinin və əhalinin kredit qabiliyyətinə təsir ehtimalları nəzərə alınmaqla bir sıra banklar tərəfindən müxtəlif bank xidmətləri üzrə müştərilər üçün optimallaşdırıcı tədbirlər təklif olunur, kredit ödənişləri üzrə güzəşt imkanları nəzərdən keçirilir. Hazırda banklar ölkədə pandemiyanın effektləri ilə mübarizə aparılmasında ümumi səylərə həmrəylik nümayiş etdirərək, Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr edir.
Banklar bütün bank xidmətlərini, o cümlədən əmanət qəbulunu, istehlak və biznes kreditləşməsini davam etdirməkdədirlər. Bununla belə, mövcud situasiya və potensial risklər nəzərə alınaraq, banklar tərəfindən öz kredit siyasətlərinə əsasən yeni kreditlərin verilməsində, habelə əmanət qəbulunda daha ehtiyatlı davranış nümayiş etdirilə bilər. Sözügedən meyillər əksər dünya ölkələrinin maliyyə-bank sistemlərində də müşahidə olunmaqdadır".bakupost



Banklar vətəndaşlara niyə yalançı SMS-lər göndərir?
Kredit borcu olanlara PİS XƏBƏR
Banklar regionlara niyə az kredit ayırır? - Deputat səbəbləri AÇIQLADI
Kreditlə bağlı bütün QAYDALAR DƏYİŞİR
Problemli kreditlərin həcmi artıb - Deputat bankları TƏNQİD ETDİ
Faizlərlə bağlı daha bir YENİLİK
“Kapital Bank” müştərilərin kreditini ödəyəcək?
Deputatdan regionlarla bağlı VACİB TƏKLİF
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ
Kompensasiyalar necə veriləcək?
Mərkəzi Bank bu qaydanı təsdiqlədi
Azərbaycanda bu nazirə əlavə səlahiyyətlər verildi - RƏSMİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 