Xüsusi karantin rejiminin gücləndirilməsi və Bakı Metropoliteninin fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar təşkil olunan 7 ekspres marşrut üzrə sərnişindaşımaları 04.06.2020-ci il tarixindən dayandırılır. Bakı Nəqliyyat Agentliyindən ONN media -ya verilən məlumatda bildirilir ki, bu xətlər üzrə istismarda olan avtobuslar müsabiqə nəticəsində “BakuBus” MMC-yə həvalə edilən xətlər üzrə sərnişindaşımalara cəlb ediləcək. Bununla da istismar müddətini başa vuran, texniki baxımdan yarasız avtobusların bir qismi sərnişindaşımalardan kənarlaşdırılacaq. Ekspres marşrutların fəaliyyət göstərdiyi ərazilərdə monitorinqlər keçirilərək əhalinin sərnişindaşımaya olan tələbatı təhlil edilib. Müntəzəm marşrutlar üzrə sərnişindaşıma xidməti göstərən avtobus sayının artırılması və Bakı Metropoliteninin 9 May tarixindən etibarən fəaliyyətinin bərpa olunması ilə əlaqədar, ekspres marşrutlara olan tələbatın kəskin ( 84%-dək) azalması müşahidə edilib. Həmçinin, Agentliyin tələb və tövsiyələrinə əsasən daşıyıcı şirkətlər tərəfindən sərnişin tələbatını qarşılamaq məqsədilə müntəzəm marşrutlar üzrə sərnişindaşıma xidməti göstərən avtobusların sayı artırılıb. Xatırladaq ki, xüsusi karantin rejimi günlərində həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə çalışan vətəndaşların daşınmasını təmin etmək məqsədi ilə təşkil edilən 7 sayda ekspres xətlər 2 ay müddətində fəaliyyət göstərib. Bu müdddətdə ekspres xətlər üzrə ümumilikdə 1 milyon 500 minə yaxın sərnişin daşınıb. Metronun fəaliyyətinin məhdudlaşdırıldığı müddətdə isə həm müntəzəm, həm ekspres xətlər üzrə avtobuslarla 30 milyona yaxın sərnişin daşınıb. İcra olunan daşımalar zamanı avtobusların iştirakı ilə yol nəqliyyat hadisəsi və digər xoşagəlməz hal yaşanmayıb. Bu işdə əməyi keçən hər kəsə, o cümlədən də daşıyıcılara və sürücülərə təşəkkür edirik.
Bakıda exspres marşrutların fəaliyyəti dayandırılır



Bakıda bu marşrut xətləri ləğv ediləcək
Bakıda 5 əlavə xüsusi ekspres marşrut xətti təşkil edilir
Bütün ekspres xətlər üzrə avtobusların iş qrafiki dəyişdirilir - DİQQƏT
Bakıda marşrut avtobuslarının fəaliyyəti dayandırılacaq
Bakıda ictimai nəqliyyatın fəaliyyəti dayandırılır
Bakıda 5 əlavə ekspres xətt təşkil edilir
BNA: Sərnişindaşıma tam dayandırılır, iyunun 5-də isə...
9 noyabr bütün marşrutlar fəaliyyət göstərəcək? - BNA AÇIQLADI
Bakıda bu marşrut xətlərinin fəaliyyəti bərpa edilir
Sabahdan Bakıda 18 metrlik avtobuslar xəttə buraxılacaq
İctimai nəqliyyatın hərəkəti DAYANDIRILIR
Ekspress avtobuslar yenidən fəaliyyətə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 