Xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar artan sərnişin təlabatının qarşılanması məqsədi ilə təşkil olunan 5 sayda əlavə M1 A, M2 A və M8 ekspres xətləri 10.08.2020-ci il tarixindən fəaliyyətə başlayır. Bakı Nəqliyyat Agentliyindən ONN media -ya verilən məlumata görə, saat 06:30-dan 21:00-dək fəaliyyətdə olacaq ekspres xətlər üzrə “BakuBus” MMC-nin istismarında olan 12 metrlik müasir və komfortlu avtobuslar sərnişinlərin xidmətində olacaq. Tələbata uyğun olaraq xətlərə 18 metrlik avtobuslar da cəlb olunacaq. Bir neçə gündür test rejimində fəaliyyət göstərən M1 A və M2 A ekspres xətti üzrə avtobuslar mövcud M1 və M2 xəttinə dəstək xarakteri daşıyır. M8 xəttnin istifadəyə verilməsi ilə Maştağa, Zabrat, Sabunçu və bu istiqamətindəki digər yaşayış sahələrinin şəhər mərkəzi ilə birbaşa əlaqələndirməsi təmin olunacaq. Bu isə gündəlik 13000 sərnişinin şəhər mərkəzinə və əks istiqamətdə rahat gediş-gəlişinə şərait yaradacaq. Bu xətt üzrə bir istiqamətdə 9 dayanacaq məntəqəsi müəyyən edilib ki, bunlar da zəruri hesab edilən əsas cəlbetmə məntəqələridir. Karantin rejimi ilə əlaqədar məhdud zaman çərçivəsində təşkil olunduğundan M8 xətti üzrə “BakıKart” ödəmə terminalı indiki mərhələdə zəruri hesab olunan məntəqələrdə quraşdırılır. Sərnişinlərimizdən bunu anlayışla qarşılamalarını və “BakıKart”-ın balansının artırılmasını terminal olan ünvanlarda planlı həyata keçirmələrini xahiş edirik. Məlumat üçün bildiririk ki, M9 və M10 ekspres xətti üzrə avtobuslar qarşıdakı günlərdə fəaliyyətə başlayacaq.
Sabahdan Bakıda 18 metrlik avtobuslar xəttə buraxılacaq



Bakıda yeni marşrut xətti açıldı - Sabahdan işləyəcək
Bakıda 5 əlavə xüsusi ekspres marşrut xətti təşkil edilir
Bakıda 5 əlavə ekspres xətt təşkil edilir
Sərnişinlərin DİQQƏTİNƏ!
Bakıda bu marşrut xətləri ləğv ediləcək
Yeni ekspress avtobuslar fəaliyyətə başladı
Bakıda exspres marşrutların fəaliyyəti dayandırılır
Bakıda marşrut avtobuslarının fəaliyyəti dayandırılacaq
Bağlanış mərasiminə gedənlərin diqqətinə
Avtobuslar bayramda necə işləyəcək?
Bu avtobus xəttində gediş haqqı azaldıldı
Bakıda ictimai nəqliyyatın fəaliyyəti dayandırılır
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 