Xüsusi karantin rejiminin gücləndirilməsi və "Bakı Metropoliteni" QSC-nin fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar təşkil olunmuş 7 ekspres marşrut xətti üzrə sərnişindaşımaları iyunun 16-dan dayandırılacaq. ONN media Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən xəbər verir ki, metronun fəaliyyətinin bərpa edilməsi ekspres marşrutlara təlabatı kəskin azaldıb. Statistik təhlillər nəticəsində məlum olub ki, 7 sayda ekspres marşrut üzrə boş yürüşlərin sayı artıb, onların rentabelliyi azalıb, bu da avtobusların səmərəsiz fəaliyət göstərməsinə zəmin yaradır. Belə ki, ekspres xətlər üzrə mayın 9-dan öncə gündəlik orta hesabla 45-46 min sərnişin daşınması həyata keçirilirdisə, metronun fəaliyyətə başlamasından sonra daşıma 94% azalıb və hazırda həmin xətlər üzrə 2-3 min sərnişin daşınır. Onların metrodan istifadəsi hər hansı bir çətinlik yaratmayacaq. "Həmçinin bildiririk ki, ekspres xətlərdən çıxarılan avtobuslar müsabiqə nəticəsində “BakuBus” MMC-yə həvalə edilən xətlər üzrə sərnişin daşımalarına cəlb ediləcək. Bununla da istismar müddətini başa vuran, texniki baxımdan yararsız avtobusların bir qismi sərnişindaşımalardan kənarlaşdırılacaq", - deyə qurum bəyan edib. Xatırladaq ki, xüsusi karantin rejimi günlərində həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə çalışan vətəndaşların daşınmasını təmin etmək məqsədi ilə təşkil edilən 7 sayda ekspres xətlər 2 ay müddətində fəaliyyət göstərib. Bu müddətdə ekspres xətlər üzrə ümumilikdə 1,5 milyona yaxın sərnişin daşınıb. Metronun fəaliyyətinin məhdudlaşdırıldığı müddətdə isə həm müntəzəm, həm ekspres xətlər üzrə avtobuslarla 30 milyona yaxın sərnişin daşınıb.
Bakıda bu marşrut xətləri ləğv ediləcək



Bakıda exspres marşrutların fəaliyyəti dayandırılır
Bakıda 5 əlavə xüsusi ekspres marşrut xətti təşkil edilir
Bütün ekspres xətlər üzrə avtobusların iş qrafiki dəyişdirilir - DİQQƏT
Sərnişinlərin DİQQƏTİNƏ!
Bakıda 5 əlavə ekspres xətt təşkil edilir
Bakıda marşrut avtobuslarının fəaliyyəti dayandırılacaq
Ekspress avtobuslar yenidən fəaliyyətə başladı
Bu istiqamətlərdə ekspres xətlər işləyəcək
Bakıda bu marşrut xətlərinin fəaliyyəti bərpa edilir
Sabahdan Bakıda 18 metrlik avtobuslar xəttə buraxılacaq
Bağlanış mərasiminə gedənlərin diqqətinə
Bakıda ictimai nəqliyyatın fəaliyyəti dayandırılır
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik 