Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış imtahanı proqramlarının qısaldılmış forması və koronavirus pandemiyası ilə əlaqədar buraxılış imtahanı proqramlarından çıxarılan mövzular barədə məlumat yayıb.
ONN media xəbər verir ki, məlumatda deyilir:
"Məlum olduğu kimi, Nazirlər Kabineti tərəfindən Koronavirus infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərə uyğun olaraq təhsil müəssisələrində tədris prosesi dayandırılıb, infeksiyanın geniş yayılmasına yol verməmək üçün sosial təcridin gücləndirilməsi ilə bağlı müxtəlif qərarlar qəbul olunub. Bu səbəbdən 2020-ci ilin mart-iyun aylarında respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan tədris proqramlarına əsasən tədrisi nəzərdə tutulan mövzular tədris olunmadığı üçün buraxılış imtahanı proqramlarından çıxarılıb.
Aşağıdakı keçidlərdə sizə 2020-ci ilin yanvar ayında “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc edilmiş ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramları qısaldılmış formada təqdim edirik. Təqdim olunan proqramların qısaldılmış variantında bölmə başlıqları nömrələnmiş və fənn üzrə proqramın sonunda çıxarılan mövzular qeyd olunub.
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə:
http://dim.gov.az/…/e2c/e2ce70de6c345ed6caf4c938e06d67fa.pdf
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə:
http://dim.gov.az/…/77e/77ebf02659ada161ac7242de2441a60d.pdf
“Ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramları”nın tam mətni ilə “Abituriyent” jurnalının xüsusi buraxılışlarında tanış ola bilərsiniz. Jurnalların elektron versiyasını (pdf formatda) "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal).
Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün qəbul imtahanı proqramlarından çıxarılan mövzular da yaxın günlərdə sayta yerləşdiriləcəkdir".
DİM-dən bildirilib ki, 9-cu sinif ingilis dili, alman dili, fransız dili və ərəb dili fənləri üzrə mövzular qeyd edilən dövrədək tədris olunduğundan bu fənlər üzrə ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramlarından heç bir mövzu çıxarılmayıb.
Həmçinin qeyd olunub ki, 11-ci sinif ingilis dili, alman dili, rus dili (xarici dil) və русский язык (tədris dili) fənləri üzrə mövzular qeyd edilən dövrədək tədris olunduğundan bu fənlər üzrə ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramlarından heç bir mövzu çıxarılmayıb



Bu mövzular qəbul imtahanından çıxarılıb
DİM-dən bu fənlər üzrə imtahanlara düşəcək mövzularla bağlı AÇIQLAMA
DİM: Bu ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcək
Gələn il keçiriləcək buraxılış imtahanlarının tarixləri
Koronavirusa görə buraxılış imtahanı təxirə salındı
Məleykə Abbaszadə abituriyentlərə müraciət etdi
Rezidenturaya qəbul imtahanı təxirə salındı
Buraxılış imtahanları ilə bağlı BU DƏYİŞİKLİKLƏR olacaq - RƏSMİ
DİM avqustda keçiriləcək imtahanlarla bağlı məlumat yaydı
İmtahan sualları azaldılır? - Açıqlama
DİM onlayn sınaq imtahanlarını ödənişsiz etdi - SİYAHI
DİM bir gündə 6 imtahan keçirəcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 