2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılacaq.
ONN media xəbər verir ki, Operativ Qərərgahən qərarına əsasən, yalnız xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkətinə icazə veriləcək:
Siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların fəaliyyəti;
xəstəxanalar, təcili tibbi yardım müəssisələrinin fəaliyyəti;
sosial xidmət müəssisələrinin fəaliyyəti, o cümlədən əqli və hissiyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti;
kommunal xidmətlər (su təchizatı və kanalizasiya, qaz təchizatı, istilik təchizatı, enerji paylanması, məişət tullantılarının yığılması və utilizasiyası);
elektrik enerjisinin istehsalı və təchizatı;
meliorasiya və su təsərrüfatı;
rabitə xidmətləri;
teleradio yayımçılarının (televiziya və radio kanalları, kabel televiziyaları) fəaliyyəti;
dəmir yolu, avtomobil, dəniz, hava nəqliyyatı ilə yük daşımaları;
boru kəmərləri ilə nəqliyyatın təmin edilməsi fəaliyyəti;
fasiləsiz istehsalat fəaliyyəti (istehsalat-texniki şərtlərə görə fəaliyyətinin dayandırılması mümkün olmayan müəssisələr);
neft və qazın hasilatı, emalı, saxlanması və satışı;
fəaliyyəti dayandırılmış iş və xidmət sahələrinin mühafizə və texniki təhlükəsizliyinin təmin edilməsi üzrə xidmətlər.



4 şəhərdə 2 günlük sərt karantin rejimi QÜVVƏYƏ MİNDİ
Qadağalar kimlərə şamil edilməyəcək?
Bakıda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir
SON DƏQİQƏ: Azərbaycanda xüsusi karantin rejimi UZADILDI
Bu şəxslər belə küçəyə çıxsalar cərimələnəcəklər - RƏSMİ
“Azərsu” xüsusi rejimdə işləyəcək
Həftə sonları ancaq bu sahələrin fəaliyyətinə icazə verilir - SİYAHI
Bakı metrosu fəaliyyətini dayandıracaq — RƏSMİ
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Bu sahələrin fəaliyyətinə icazə verilir - TAM SİYAHI
Xidməti vəsiqə ilə hərəkətinə icazə verilən qurumlar - SİYAHI
Rayon və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 