Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi karantin rejiminin sərtləşdirilməsi barədə qərarına uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti 6-7 iyun tarixlərində xüsusi rejimdə fəaliyyət göstərəcək.
“Azərsu”dan ONN media-a verilən məlumata görə, bu tarixlərdə yalnız zəruri istehsal, istismar və xidmət sahələrində çalışanların fəaliyyətinə icazə veriləcək. İşə cəlb olunacaq zəruri və məhdud sayda işçilər müəyyən edilərək elektron icazə portalında (www.icaze.e-gov.az) qeydiyyatdan keçirilib. Həmin işçilərə işə çıxarkən şəxsiyyəti təsdiq edən sənədi və işçi vəsiqələrini üzərlərində saxlamaları barədə tapşırıq verilib. 06- 07 iyun 2020-ci il tarixlərində ictimai nəqliyyatIn hərəkətinə məhdudiyyətlərin tətbiq olunması nəzərə alınaraq fəaliyyətinə icazə verilən işçilərin iş yerlərinə gediş-gəlişi yalnız “Azərsu” ASC-nin xidməti nəqliyyat vasitələri hesabına həyata keçiriləcək.
İstirahət günlərində 955 Zəng mərkəzi fasiləsiz fəaliyyət göstərəcək. Vətəndaşlar su təchizatı, tullantı suları, sayğaclarda yaranan texniki problemlər və digər məsələlərlə bağlı müraciət edə bilərlər. “Azərsu” ASC-nin qəza briqadaları da 24 saat fəaliyyət göstərəcək.
Bununla yanaşı, Cəmiyyətin tabeçiliyində olan bütün struktur vahidlərinin rəhbərləri və işçi heyəti xüsusi karantin rejimi dövründə müvafiq dövlət orqanlarının, o cümlədən Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyyələrinə ciddi şəkildə əməl etmələri barədə məlumatlandırılıb.



Sərt karantin günlərində apteklər bu qaydada işləyəcək
Çimərliklərdən istifadə ilə bağlı xəbərdarlıq edildi
Bu rayonlarda da karantin rejimi sərtləşdirildi
Bakı metrosu fəaliyyətini dayandıracaq — RƏSMİ
Bakıda polis maşınları marketi mühasirəyə aldı
Sərtləşdirilmiş karantin rejimində jurnalistlərin fəaliyyətinə icazə veriləcək?
FHN çimərliklərə nəzarəti gücləndirdi
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
FHN-dən çimərliklərlə bağlı növbəti xəbərdarlıq
Bu şəxslər belə küçəyə çıxsalar cərimələnəcəklər - RƏSMİ
DYP: Əziyyət çəkib gəlməyin, buraxmayacağıq!
SON DƏQİQƏ: Azərbaycanda xüsusi karantin rejimi UZADILDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 