Bu gün saat 00:00-dan etibarən iki gün müddətində Azərbaycanın dörd şəhər və bir rayonunda sərt karantin rejimi tətbiq olunur. ONN media xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti "Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" iyunun 4-də qərar verib. 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkəti istisna olmaqla). Qeyd olunan tarixdə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib. Sakinlər yaşayış yerlərini və ya olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, eləcə də təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda yalnız təcili tibbi yardım xidməti vasitəsilə, habelə yaxın qohumların dəfnində iştirak etmək üçün Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsi ilə icazə almaqla tərk edə bilər. 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək yalnız aşağıdakı qurum və xidmətlərin fəaliyyətinə icazə verilir:
- Siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların fəaliyyəti;
- xəstəxanalar, təcili tibbi yardım müəssisələrinin fəaliyyəti;
- sosial xidmət müəssisələrinin fəaliyyəti, o cümlədən əqli və hissiyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti;
- kommunal xidmətlər (su təchizatı və kanalizasiya, qaz təchizatı, istilik təchizatı, enerji paylanması, məişət tullantılarının yığılması və utilizasiyası);
- elektrik enerjisinin istehsalı və təchizatı;
- meliorasiya və su təsərrüfatı;
- rabitə xidmətləri;
- teleradio yayımçılarının (televiziya və radio kanalları, kabel televiziyaları) fəaliyyəti;
- dəmir yolu, avtomobil, dəniz, hava nəqliyyatı ilə yük daşımaları;
- boru kəmərləri ilə nəqliyyatın təmin edilməsi fəaliyyəti;
- fasiləsiz istehsalat fəaliyyəti (istehsalat-texniki şərtlərə görə fəaliyyətinin dayandırılması mümkün olmayan müəssisələr);
- neft və qazın hasilatı, emalı, saxlanması və satışı;
- fəaliyyəti dayandırılmış iş və xidmət sahələrinin mühafizə və texniki təhlükəsizliyinin təmin edilməsi üzrə xidmətlər.



Bu şəxslər belə küçəyə çıxsalar cərimələnəcəklər - RƏSMİ
Sərtləşdirilmiş karantin rejimində jurnalistlərin fəaliyyətinə icazə veriləcək?
Çimərliklərdən istifadə ilə bağlı xəbərdarlıq edildi
Bakıda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir
Hansı poçt şöbələri işləməyəcək?
Bu rayonlarda da karantin rejimi sərtləşdirildi
Yalnız bu avtomobillərin hərəkətinə İCAZƏ VERİLƏCƏK - SİYAHI
Bakı metrosu fəaliyyətini dayandıracaq — RƏSMİ
Baş nazirdən KARANTİNLƏ BAĞLI QƏRAR
Region qeydiyyatında olanlar Bakıya qayıda bilməyəcəklər- XƏBƏRDARLIQ
Sərt karantin rejimi uzadılacaq? - Rəsmi açıqlama
İmtahanlar ləğv edildi — SON DƏQİQƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 