Dünyada bu günə qədər 6 milyondan çox insan koronavirusa yoluxub. ONN media xəbər verir ki, bunu ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı Operativ Qərargahın brifinqində deyib: "Azərbaycanda görülən tədbirlər mart ayında tədris müəssisələrinin bağlanması ilə başladı. Xüsusi karantin rejimi tətbiq edildikdən sonra yoluxma halları 10 gündə azalmağa başladı. Artan yoluxma halları insanların qaydalara riayət etməsi ilə azaldı". O qeyd edib ki, 27 apreldən karantin rejiminin yumşaldılması ilə yoluxma hallarında artım müşahidə edildi: "Bu günə qədər ən yüksək 325 yoluxma faktı qeydə alınıb. Bizim burada tətbiq etdiyimiz qaydalar dünya təcrübəsində də tətbiq olunur. Yoluxma halları artdıqca, karantin rejimi sərtləşdirilir". Harmancı bildirib ki, hazırda dünyada koronavirusun birinci dalğası müşahidə olunur: "Hazırda koronavirusla mübarizədə daha təcrübəliyik. Bu müddətdə bütün təlimatlara riayət etməli, zəruri hallarda bəzi məhdudiyyətləri tətbiq etməliyik. Bu virus bir il müddətində bizimlə olacaq. Ən azından vaksin və ya səmərəli müalicə üsulu tapılana qədər mübarizə aparmalıyıq".(publika)
Bu virus bir il müddətində bizimlə olacaq - ÜST rəsmisi



Karantin ləğv edilə bilər - Açıqlama
Karantin rejimi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
Əhaliyə MÜRACİƏT EDİLDİ: Azərbaycanda sərt karantin gəlir...
Bu ərazilərdə sərt karantin rejimi tətbiq olunur- Təcili
Azərbaycanda "Mü" ştammına yoluxma qeydə alınıb? - ÜST rəsmisindən AÇIQLAMA
SON DƏQİQƏ: Karantin rejimi daha da sərtləşdirilə bilər - RƏSMİ
Karantin rejimi yenidən sərtləşdirilə bilər — YOLUXMA ARTIR...
Çində koronavirusun ikinci dalğası başladı - Bir gündə 51 nəfər...
Azərbaycanda koronavirusa yoluxmanın pik həddi başa çatıb? - RƏSMİ
Azərbaycanda aylıq karantin tətbiq edilə bilər - RƏSMİ AÇIQLAMA
Azərbaycanın rayonlarında koronavirusa yoluxma halları qeydə alındı
Koronavirusa yoluxanların sayı açıqlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 