ONN media xəbər verir ki, Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilib.
Konstitusiya Məhkəməsinin Mətbuat xidmətindən verilən məlumata görə, iclasda Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2017-ci il 7 avqust tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim İ.Nəcəfovun məruzəsini, ərizəçinin vəkilinin çıxışını və ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, iddiaçılar Mübariz Abasəliyev və qeyrilərinin cavabdeh Nəsirova Zülfirə Abbas qızına qarşı evin cavabdehə düşən pay hissəsində istifadə hüququnun tanınması və həmin hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2017-ci il 7 avqust tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı, 418.1-ci və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.



Ali Məhkəmənin bu qərarı ləğv edildi
Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi
Ali Məhkəmənin bu qərarı LƏĞV EDİLDİ
İpoteka ilə bağlı QƏRAR VERİLDİ
Vərəsəlik hüququ ilə bağlı QƏRAR VERİLDİ
Konstitusiya Məhkəməsindən əmək müqaviləsi ilə bağlı MÜHÜM QƏRAR
İpoteka ilə bağlı mühüm qərar verildi
Bu şəxslər cinayət məsuliyyətinə cəlb edilə bilməz - YENİ QƏRAR
Gözlər KM- də- Mühüm qərar gözlənilir
Növbədənkənar parlament seçkiləri ilə bağlı bu TARİXDƏ QƏRAR VERƏCƏK
Konstitusiya məhkəməsi bugün yekun qərar verəcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 