Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı qaydasında növbəti açıq məhkəmə iclası keçirilib. Konstitusiya Məhkəməsinin Mətbuat Xidmətindən ONN media -ya verilən məlumata görə, iclasda Ali Məhkəmənin Mülki Kollegiyasının müraciəti əsasında Mülki Məcəllənin 1134-cü, 1146-cı və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair konstitusiya işinə baxılıb. Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S.Salmanovanın məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssisin çıxışlarını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib. Qərarda deyilir ki, Mülki Məcəllənin 1134-cü, 1145-ci və 1146-cı maddələrinə uyğun olaraq miras fiziki şəxsin öldüyü və ya ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün onun ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır və miras qoyanın öldüyü anda sağ olmuş şəxslər vərəsə ola bilərlər. Eyni gündə ölən və biri digərindən sonra vərəsə olmaq hüququna malik şəxslərlə bağlı irsi transmissiyanın tətbiqi üçün miras qoyanın dəqiq ölüm anı müəyyənləşdirilərək daha sonra ölən şəxs ondan əvvəl ölən şəxsə vərəsə hesab edilir. Bu anı müəyyənləşdirmək mümkün olmadığı təqdirdə eyni gündə ölən şəxslər hüquqi varislik baxımından eyni anda ölmüş şəxslər hesab olunaraq hər biri üçün ayrılıqda miras açılır və irsi transmissiyanın tətbiqi istisna edilir. Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
Vərəsəlik hüququ ilə bağlı QƏRAR VERİLDİ



Ali Məhkəmənin bu qərarı ləğv edildi
İpoteka ilə bağlı QƏRAR VERİLDİ
Ali Məhkəmənin bu qərarı LƏĞV EDİLDİ
Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi
Ali Məhkəmənin qərarı ləğv edildi
İpoteka ilə bağlı mühüm qərar verildi
Bu şəxslər cinayət məsuliyyətinə cəlb edilə bilməz - YENİ QƏRAR
Konstitusiya Məhkəməsindən əmək müqaviləsi ilə bağlı MÜHÜM QƏRAR
Gözlər KM- də- Mühüm qərar gözlənilir
Konstitusiya məhkəməsi bugün yekun qərar verəcək
Avtomobillərin idarə olunması üçün etibarnamə ləğv olunur?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 