Qlüten bəzi məhsulların tərkibində olan zülaldır. Həmin maddə qidalara görünüşü yaxşılaşdırmaq, onu daha yumşaq etmək və saxlama müddətini artırmaq məqsədilə əlavə olunur. Lakin bütün üstünlükləri ilə yanaşı yapışqanlıq xüsusiyyəti ilə qlüten bəzən orqanizmə zərərli təsir göstərir.
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-terapevti Taleh Abbasov deyib:
”Bəzi insanlarda qlütenə qarşı həssaslıq və allergiya olur. Onlar qlüten qəbul edəndən sonra bağırsaqlardan qidanın sorulması pozulur və buna görə də mədə-bağırsaq problemləri yaranır. Belə insanlarda qan azlığı, sümük-oynaq sistemində ağrı, sümüklərin kövrəkləşməsi, xüsusən uşaqlarda erkən diaqnostika olmadıqda boy geriliyi, çəki azlığı kimi əlamətlər müşahidə olunur”.
Həkim-terapevtin dediyinə görə, qlütenli qidaları birmənalı olaraq zərərli hesab etmək düzgün deyil. Sadəcə olaraq insanlar həmin zülala qarşı orqanizmin reaksiyasını yoxlamalıdırlar. Əgər onun qəbulu hansısa narahatlığa səbəb olursa, qlüten tərkibli qidaları rasiondan çıxarıb alternativləri ilə əvəz etmək lazımdır.
Qlütenli qidalara undan hazırlanan qidalar və taxıl məhsullarından hazırlanan məmulatlar daxildir. Düyü, qarabaşaq, kətan toxumu kimi qidalardan əvəzedici kimi istifadə etmək olar. Meyvə və tərəvəzlərin tərkibində qlüten olmadığından onları tam rahat şəkildə istehlak etmək olar. Süd məhsullarından isə keçi südünün rasiona daxil edilməsi məsləhət görülür



Qida Təhlükəsizliyi Agentliyindən çörəklə bağlı məsələyə MÜNASİBƏT
Dərinizi gözəlləşdirəcək qidalar yeyin
Bu qidalar immuniteti gücləndirir
Oynaq ağrılarının əsas səbəbi nədir?
Qızardılmış yeməklərin ziyanı nədir?
Çayın inanılmaz faydaları
Məşhur alimdən ŞOK XƏBƏRDARLIQ : Bu məhsul...
Səhər yeməyində hansı qidalara üstünlük verilməlidir?
İnanılmaz dərəcədə zərərli olan qida nədir?
Sağ qabırğaaltı nahiyə niyə ağrayır? - TƏHLÜKƏLİ SİMPTOM
Ramazanda düzgün qidalanmağın yolları
Pendirin orqanizmə faydaları və zərərləri
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 