Prezident İlham Əliyevin cəbhəyanı bölgələrə səfəri zamanı burada gənclərlə görüşməsi və məhz onların qarşısında tarixi həqiqətlərdən danışması örnək addımdır.
Bu sözləri ONN media-a açıqlamasında millət vəkili Elman Nəsirov Prezident İlham Əliyevin iyunun 3-də Tərtər rayonunun bir qrup idmançısı ilə görüşündə səsləndirdiyi fikirləri şərh edərkən deyib. O bildirib ki, Azərbaycan Prezidenti Ermənistana bir daha diplomatik cavab verdi:
“Prezidentin cəbhəyanı bölgələrə səfər edib, oradan artıq bəlli olan mesajları verməsi bir daha bu qənaətə gəlməyə imkan verir ki, Azərbaycan dövləti Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində hücum diplomatiyasını gücləndirməkdədir. Bu, mahiyyət etibarilə çox önəmli bir səfər idi. Çünki ölkə başçısı bu səfər ilə ermənilərin danışıqlar prosesinə zərər verən provokativ əməllərinə özünəməxsus şəkildə cavab verdi”.
Deputat vurğulayıb ki, Prezident Ermənistana təkcə Qarabağın yox, İrəvanın da qədim Azərbaycan torpağı olduğunu xatırlatdı:
“Müharibə yalnız cəbhədə hərbi texnika və canlı qüvvə ilə getmir. Ölkə başçısı cəbhə bölgəsinə səfəri zamanı bunu bir daha sübut etdi. Tərtər rayonu ərazisində Dövlət Rəmzləri Muzeyinin açılışını etməsi özü belə xüsusi mesaj idi. Bu gün erməni tərəfinin işğal olunmuş torpaqlardakı tarixi abidələrimizin mənimsənməsi, bu ərazilərin əsl tarixini saxtalaşdırmaq cəhdlərinə Dövlət Rəmzləri Muzeyinin ilə reaksiya verildi. Muzeyin açılışı “Qarabağın əsl tarixi Qarabağdan öyrənilməlidir” mesajı idi. Bu gün nəinki İrəvanın, Qarabağın yerli toponimləri ermənilər tərəfindən dəyişdirilib. Bu muzey həm də saxtalaşdırılmasına çalışılan tariximizin reallıqlarını özündə ehtiva edir. Ölkə başçısının cəbhəyanı ərazilərə səfərinin ən vacib məqamlarından biri bir daha İrəvan həqiqətlərinin dilə gətirməsi oldu. Prezidentin İrəvanın qədim Azərbaycan torpağı olduğunu, bunu heç zaman unutmadığımızı növbəti dəfə dilə gətirməsi mühüm siyasi və ictimai əhəmiyyət daşıyır”.



İlham Əliyev Soçidə elan etdi: Güzəşt olmayacaq
İlham Əliyev İtaliyaya gedir
İlham Əliyevin çıxışından sonra erməni mediası nələr yazdı?
İlham Əliyev ilk səfərə gedir
Avropa İttifaqı Şurasının Prezidenti İlham Əliyevə zəng etdi
Tahir Kərimli:“Prezident İlham Əliyevin nüfuzu burada da özünü göstərdi”
Prezident daha bir şəxsə ev verdi
Bu, İlham Əliyevin müdrikliyidir - Afaq Bəşirqızı
Prezident elan etdi: Qarabağda müharibə...
İlham Əliyev bu ölkəyə səfər edəcək
Prezident Tərtər və Bərdə rayonlarında səfər etdi
İlham Əliyev 39 il sonra eyni gündə Şuşada
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 