Cənab Prezidentimiz Respublika Gününə həsr olunmuş möhtəşəm tədbirdə çıxış edərək, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həm öz prinsipial mövqeyini, həm də bütövlükdə Azərbaycan xalqının, dövlətinin mövqeyini bir daha ictimaiyyətin diqqətinə çatdırdı. ONN media xəbər verir ki, bu sözləri açıqlamasında millət vəkili Aydın Hüseynov Prezident İlham Əliyevin Respublika Gününə həsr olunmuş rəsmi qəbulda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı söylədiklərini şərh edərkən deyib. O, ölkə başçısının da qeyd etdiyi kimi, Azərbaycanın heç vaxt işğalla barışmayacağını bildirib: “Prezidentin bir daha vurğuladığı mövqe ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunmalıdır. Əlbəttə, Prezidentimiz vurğuladı ki, müharibə başa çatmayıb və biz hazırda müharibə şəraitində yaşayırıq. Torpaqlarımızın 20 faizi işğal altındadır. Cənab Prezident bir daha qeyd etdi ki, Azərbaycan işğalla heç vaxt barışmayacaq. Bunun üçün, əlbəttə, ölkə başçısı diplomatik səylərlə, danışıqlar yolu və bütün digər cəhdlərlə yanaşı, Ordumuzun da qüvvətlənməsinə xüsusi diqqət ayırır. Çünki Ordumuz bütövlükdə xalqımızın qarantıdır. Nə qədər ki müharibə şəraitində yaşayırıq, Ordumuz daim döyüş vəziyyətində olmalıdır. Prezidentimiz də sözügedən tədbirdə ordu hazırlığının əhəmiyyətini bir daha diqqətə çatdırdı”. Millət vəkili Ordumuzun müasir silahlarla təchiz edilməsindən əlavə hərbi qulluqçulara göstərilən diqqət və qayğıdan da danışıb: “Ordumuz hazırda dünyanın 50 ən qüvvətli ordusu sırasındadır. Bu da dövlət siyasətimizin tərkib hissəsidir. Torpaqlarımızın işğaldan azad olunması, eləcə də gələcəkdə bu kimi halların baş verməməsi üçün Ordumuza böyük diqqət və qayğı göstərilir. Son illərdə hərbi hissələrimizin 80 faizi, Prezidentin qeyd etdiyi kimi, tamamilə yenidən qurulub. Bu gün Ordumuz çox müasir silahlarla təchiz olunub. Həm əsgərlərə, həm zabitlərə - bütövlükdə Ordunun özünə dövlət diqqəti var. Zabitlərimizin, hərbçilərimizin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində böyük işlər həyata keçirilir. Hərbi hissələrimizdə əsgərlərimizin ən yüksək səviyyədə təmin olunurlar. Bu da öz növbəsində Ordumuzda ruh yüksəkliyini daha da artırır”.axar.az
Prezident elan etdi: Qarabağda müharibə...



İlham Əliyevdən Paşinyanın hədələrinə cavab
Ərdoğandan Qarabağ açıqlaması: Ermənistana MESAJ VERDİ
Qarabağla bağlı bu tezis darmadağın edildi- İlham Əliyev
Prezident İlham Əliyev: Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayıb və barışmayacaq
Əliyevdən sülhməramlıların fəaliyyəti ilə bağlı MÜHÜM AÇIQLAMA
Qafarova ETİRAZ ETDİ: Dağlıq Qarabağ münaqişəsi...
Prezident Pakistana minnətdarlıq etdi
Qarabağla bağlı mitinq heç nəyi həll etmir - Deputat
"Dağlıq Qarabağ münaqişəsi güc tətbiq olunmadan həll edilməlidir"-Rusiya XİN
Prezident: "Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı"
Amerikalı ekspert: “Paşinyan özünü çaşqın və zəif lider kimi göstərdi”
Qarabağ münaqişəsi bu yolla həll edilməlidir - ABŞ AÇIQLADI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 