Azərbaycan Respublikası ilə İranın Ərdəbil vilayətinin (Cənubi Azərbaycan) mərkəzində müştərək sənaye şəhərciyi ilə yanaşı logistika mərkəzi də yaradaılacaq. ONN media xəbər verir ki, sözügedən mövzu ilə bağlı Ərdəbil vilayəti İdarəetmə və Planlaşdırma Təşkilatının rəhbəri Davud Şayeqan açıqlama verib: “Ərdəbil-Parsabad (Muğanşəhr) dəmir yolu xəttinin çəkilişi Azərbaycan tərəfi ilə müzakirə edilib. Bu dəmir yolu xətti İranın Parsabad əyaləti ilə Ərdəbili birləşdirməklə yanaşı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə daxil olan dəmir yoluna birləşdiriləcək. Sənaye şəhərciyində istehsal olunan mallar da bu beynəlxalq dəmir yolu ilə Azərbaycan üzərindən xaricə ixrac ediləcək. Logistika mərkəzi isə İranın digər bölgələrindən və Azərbaycan Respublikasından ixrac olunan yüklərin təyinatı üzrə yönəldilməsinə imkan verəcək”. Qeyd edək ki, 2019-cu ilin dekabrında Azərbaycan baş nazirinin müavini, İran və Azərbaycan arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İrana səfər etmişdi. Səfər çərçivəsində İranın iqtisadiyyat və maliyyə işləri naziri Fərhad Dejpəsəndlə görüşdə birgə sənaye şəhərciyinin yaradılması haqqında razılıq əldə olunub.
Azərbaycanla qonşu ölkə arasında logistika mərkəzi yaradılır



Azərbaycan, Rusiya və İran arasında nə müzakirə olunacaq?
Ərdəbildən Azərbaycana dəmir yolu xətti çəkiləcək
Azərbaycan-Türkiyə birgə layihəsinin yekunlaşacağı TARİX
İrandan Azərbaycana dəmir yolu ilə bağlı təklif
İrandan SON DƏQİQƏ Naxçıvan açıqlaması
Azərbaycandan İrana 60 milyonluq yatırım
İranla Azərbaycanın dəmir yolları birləşdiriləcək
Azərbaycan İranda 4 terminal inşa edəcək
Azərbaycan və İran arasında dəmir yolları üzrə əməkdaşlıq sazişi imzalandı
Prezident Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoydu
Martda Azərbaycan və İranın Astarası birləşdiriləcək - FOTO
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 