"Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunun tətbiqi" ilə bağlı Fərmana uyğun olaraq, banklar ƏDV qeydiyyatında olan vergiödəyicilərinin şəhadətnamə-dublikat əsasında açılmış hesabları üzrə aparılmış əməliyyatlar barədə aylıq məlumatları elektron qaydada hər ay bitdikdən sonra növbəti ayın 10-dək vergi orqanına təqdim edəcək. ONN media Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, qanunvericiliyin həmin tələbini şərh edən iqtisadçı Mahmud Abasquliyevin sözlərinə görə, bunun əsas səbəbi 2020-ci il yanvarın 1-də Vergi Məcəlləsinin 166-cı maddəsinin dəyişdirilməsi və ƏDV-nin tanınmasının kassa metoduna uyğun aparılmasıdır: “Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən, vergiödəyicisinin ƏDV öhdəliyi nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt sayıldığından vergi orqanı bank hesablamaları üzrə daxil olan vəsaitləri izləməlidir. Bu səbəbdən banklar yalnız ƏDV ödəyicilərinin şəhadətnamə-dublikat əsasında açılmış hesabları üzrə aparılmış əməliyyatlar barədə bütün məlumatları hər ay vergi orqanına təqdim etməlidir. Vergi orqanı banklar tərəfindən verilən məlumatları vergiödəyicisinin təqdim etdiyi bəyannamənin göstəriciləri ilə müqayisə edəcək. Bu zaman hər hansı fərqlilik ortaya çıxarsa, vergiödəyicisinə kameral yoxlama əsasında bildiriş göndəriləcək”. M.Abbasquliyev, həmçinin əlavə edib ki, belə bir addımın atılması kölgə iqtisadiyyatının səviyyəsinin azaldılmasına, şəffaflığın və bərabərliyin təmin edilməsinə, vergidən yayınmanın qarşısının alınmasına, uçotsuz fəaliyyət göstərənlərə qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə və vergilərin tam həcmdə büdcəyə səfərbər olunmasına təsir edəcək.
Vergi ödəyiciləri üçün daha bir YENİLİK



Bu şəxslərin məlumatları vergi orqanına veriləcək
Nazirlik bu şəxslərə ayın sonuna qədər vaxt verdi
Vergi Məcəlləsində dəyişiklik ediləcək
Kod-parolun məhdudlaşması - Dövlət Vergi Xidməti
Vergi ödəyicilərinə hansı güzəştlər ediləcək? - RƏSMİ AÇIQLAMA
Bu vergilər dövlət büdcəsinə ödənilməlidir
Bu müəssisələrə vergi güzəşti tətbiq ediləcək
Karqoya nəzarət mexanizmi gücləndirilir - Sanksiyalar olacaq
Baş nazirdən vergi ödəyiciləri ilə bağlı qərar
Nazirlikdən vergi ödəyicilərinə MÜRACİƏT
Vergi ödəyiciləri kod-paroldan 2025-ci ilə qədər istifadə edəcək
Qanun dəyişdi: 20 min manata qədər...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 