Vergi Məcəlləsində edilmiş dəyişikliklərdən biri bank hesabları barədə məlumatların vergi orqanına təqdim edilməsi ilə bağlıdır.
ONN media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, dəyişiklik bütün vergi ödəyicilərinin şəhadətnamə-dublikat əsasında açılmış hesabları üzrə aparılmış əməliyyatlar barədə aylıq məlumatları bankların vergi orqanına təqdim etməsini nəzərdə tutur.
Məlum olduğu kimi, 1 yanvar 2020-ci ildən etibarən ƏDV tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxt hesab olunduğundan səmərəli vergi nəzarəti mexanizminin qurulması məqsədilə ƏDV ödəyicilərinin bank hesabları üzrə aparılmış əməliyyatlar barədə məlumatların aylıq olaraq əldə edilməsi həyata keçirilir.
Növbəti addım olaraq isə "kölgə iqtisadiyyatı"nın həcminin azaldılması istiqamətində vergi orqanlarının apardığı nəzarət tədbirlərinin effektivliyinin artırılması üçün yalnız ƏDV ödəyicilərinin deyil, bütün vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti məqsədləri üçün açılmış bank hesabları barədə məlumatları banklar vergi orqanına təqdim edəcək.
Bank hesabları barədə məlumatların əldə olunmasının əsas məqsədlərindən biri bank hesabları üzrə daxil olan və vergi ödəyicisinin fəaliyyəti barədə mənbəyi bəlli olan məlumatlar əsasında vergi orqanının vergi ödəyicilərinin vergi öhdəliyini düzgün müəyyən etməsi və vergidən yayınma hallarının qarşısını almasıdır.



Vergi ödəyiciləri üçün daha bir YENİLİK
Nazirlik bu şəxslərə ayın sonuna qədər vaxt verdi
Vergi Məcəlləsində dəyişiklik ediləcək
Bu vergilər dövlət büdcəsinə ödənilməlidir
Bu müəssisələrə vergi güzəşti tətbiq ediləcək
Karqoya nəzarət mexanizmi gücləndirilir - Sanksiyalar olacaq
Vergilər Nazirliyindən növbəti xəbərdarlıq
Maliyyə dəstəyi almaq istəyən vergi ödəyicilərinin sayı açıqlandı
Bərbər və taksi sürücülərinə ŞAD XƏBƏR
Dövlət Vergi Xidməti yeni strategiya hazırladı
Diqqət: Toylarla bağlı bunu etmək mütləqdir!
Vergi ödəyiciləri kod-paroldan 2025-ci ilə qədər istifadə edəcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 